Xalq Artistindən xanımına doğum günü sürprizi - VİDEO

Azərbaycanın Xalq artisti Yusif Eyvazov həyat yoldaşı, Rusiyanın Xalq artisti Anna Netrebkonun Kreml sarayının səhnəsində keçirilən yubileyində ona sürpriz edib.

Qafqazinfo  xəbər verir ki, tədbirdə Yusif Eyvazov Rusiyanın Xalq artisti Valeriya ilə "Любовь побеждает всё" ("Sevgi hər şeyə qalib gəlir"-red.) adlı mahnını duet oxuyub və onu səbəbkara həsr edib.

Duet zalda əyləşən tamaşaçıların çoxunu kövrəldib.

Qeyd edək ki, mahnının musiqisi Maksim Fadeyevə, sözləri isə Natalya Kasimtsevaya məxsusdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31