Sevda Yahyayeva həyat yoldaşı ilə konsertdə - FOTO
13 Sentyabr 2021 21:31 MusiqiMüğənni Sevda Yahyayeva sosial şəbəkədə yeni paylaşım edib.
BAKU.WS xəbər verir ki, sənətçi ötən gün Xalq artisti Röya Ayxanın restoranlardan birində təşkil edilən konsertində iştirak edib.
İfaçı musiqili proqrama həkim həyat yoldaşı Zakir Bayramovla qatılıb. Cütlük gecədə fotolar çəkdirib.
Yahyayeva həmin şəkilləri sosial şəbəkə hesabında yayımlayıb.
İkilinin fotoları sosial şəbəkə izləyiciləri tərəfindən maraqla qarşılanıb. Sənətçinin paylaşımına qısa müddətdə minlərlə bəyənmə gəlib, çoxsaylı şərhlər yazılıb.


Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31