Cenifer Lopez çılpaq geyimdə MTV mükafatlandırma mərasimində göründü - FOTO

 

"MTV Video Music Awards" mükafatlandırma mərasiminə Hollivud aktrisa və müğənnisi Cenifer Lopesin yarıçılpaq geyimdə qatılması internetdə müzakirələr səbəb olub.

"Ölkə.Az" "Daily Mail"ə istinadən xəbər verir ki, 52 yaşlı ulduzun mükafatlandırma mərasiminə "David Koma" markasından olan qara rəngli üst geyimində, boyun xəttində krujevalı və budları açıq krujevalarla bəzədilmiş, mini ətəkli və yarı kəsik geyimdə, şəffaf hündürdabanlı ayaqqabıda qatılması, fanatları tərəfindən heç də birmənalı qarşılanmayıb.

Oxucular Lopesin geyimini kəskin tənqid atəşinə tutublar:  "Yubka dəhşətdir", "İyrənc paltar. Gözəl üslubunuz hara getdi?"," Gülməli görünür","Yaşına görə geyinməlidir","Bu çoxdur". Digərləri isə ulduzun görünüşünə heyran qaldıqlarını bildiriblər. "Vau, o qədər ləzzətli görünür ki...", "52 yaşında belə göründüyünüzü düşünün! O, qeyri-realdır", "Hələ dəli kimi qızğındır", "Cenifer yaşına görə əla görünür" kimi ifadələr yazıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31