Sevil-Sevinc bacılarından hamiləlik iddialarına REAKSİYA - 1 ildir müalicə olunurmuş
13 Sentyabr 2021 19:41 Musiqi"Bu xəbəri yazanları Allaha tapşırıram".
Sfera.az bildirir ki, bunu ifaçılar Sevil-Sevinc bacıları öz sosial şəbəkə hesablarında izləyicilərinin suallarını cavablandırarkən deyiblər. Belə ki, onlar bacılardan Sevincin hamilə olması barədə məlumatlara aydınlıq gətiriblər.
"Təki Allah hər bir ailəyə övlad payı versin. Amma belə bir şeyi reytinq üçün yazmaq günahdır", - deyə ifaçılar qeyd ediblər.
Sevinc Səfərova uzun müddətdir müalicə aldığını, bu səbəbdən kökəldiyini qeyd edib:
"Sadəcə artıq çəki almışam. Sağlamlığımla bağlı bir ildir müalicə olunuram".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31