Yaqub Zurufçu süni tənəffüs aparatına qoşuldu
9 Sentyabr 2021 20:11 MusiqiKoronavirusa yoluxduğuna görə "Yeni Klinika" Tibb Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilən Əməkdar artist Yaqub Zurufçunun son durumu açıqlanıb.
Klinikadan bildirib ki, sənətçinin vəziyyəti ağırdır.
"Yaqub Zurufçunun ağciyərlərində COVID-19-la bağlı iki tərəfli pnevmoniya, ciyərlərində 80 % buzlu şüşə aşkarlanıb, hipoksemik tənəffüs çatışmazlığı var. Qeyri invaziv süni tənəffüs aparatı dəstəyindədir", - xəstəxanadan bildirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31