Miri Yusifin övladları Türkiyədə məktəbə getdi - FOTO
7 Sentyabr 2021 20:11 MusiqiXalq artisti Miri Yusif sosial şəbəkə hesabında yeni paylaşım edib.
BAKU.WS xəbər verir ki, sənətçi şəxsi instaqram hesabında həyat yoldaşı və övladları ilə yeni fotosunu yayımlayıb.
Xeyli müddətdir Türkiyəyə köçən Xalq artisti övladlarını məktəbə yola salıb. Miri Yusif övladları ilə çəkdirdiyi fotosuna bu sözləri də əlavə edib:
"Əzizlərim, yeni dərs iliniz uğurlu olsun. Oxumaq, inkişaf etmək, daim yeni nəsə öyrənmək vərdişi insana hava-su kimi lazımdır. Allah zehin açıqlığı versin!"
Xatırladaq ki, Xalq xalq artisti ötən il Türkiyənin İzmir şəhərindən ev alıb.




Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31