“Kazım Canı anam seçmişdi” - Amina uğursuz evliliklərindən danışdı - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı müğənni Amina (Əminə Şirinqızı) olub

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı müğənni Amina (Əminə Şirinqızı) olub.

Müğənni uğursuz evliliklərindən söhbət açıb:

Şahbaz Quliyev:"Kefimdən yox, zülmümdən evlənirəm”

"Anam növbəti dəfə ailə qurmağıma qarşıdır. İlk dəfə ailə həyatı qurduğum adamı, Kazım Canı anam seçmişdi. Məni sevirdi, anam da ona dəstək oldu. Mənim ona qarşı hisslərim yox idi deyə bilmərəm, amma sevgi başqa şeydir. Sevgini 2-ci dəfə hiss edib, gördüm ki, əsl sevgi nə deməkdir. 2-ci yoldaşımdan boşanma səbəbim ağır mövzudur və bunun açıqlamasını heç vaxt, heç yerdə verə bilmərəm. 2-ci evliliyimin bitməsinə səbəb xəyanət də deyildi. İndi görün nə idi ki, mümkün deyil. Hətta mən övladıma görə ağıla gələn və gəlməyən hər şeyə razıyam. Dünyanın hər bir savabını etməyə və hər günahın altına girməyə də hazıram. Amma o insanla övladıma görə də olsa barışmaram. Ünsiyyətim yoxdur, övladımla görüşmür".

Milli.Az 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31