Gülbahar Şükürlüdən ÜZÜCÜ XƏBƏR
Əməkdar artist Gülbahar Şükürlü koronovirus infeksiyasına yoluxub
2 Sentyabr 2021 07:10 MusiqiƏməkdar artist Gülbahar Şükürlü koronovirus infeksiyasına yoluxub.
Bu haqda Axşam.az-a açıqlamasında qarmon ifaçısı özü deyib. O bildirib ki, bir neçə gündür hərarəti var, özünü pis hiss edir:
"Üç-dörd gündür narahatam. Dünəndən hərarətim qalxıb. Çox da ağır keçirtmirəm. Müalicələrimə başlamışam. Hələ ki, evdə müalicəm davam edir".
Musiqiçi bildirib ki, səhhəti ilə bağlı vaksin vurdura bilməyib:
"Bilirsiniz ki, başımdan əməliyyat olunmuşam. Onla bağlı müalicə alırdım. Ona görə də vaksin hələ vurdurmağa icazə verilmirdi".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31