Azərbaycanın "Eurovision 2020"də iştirakı təsdiqləndi
Azərbaycanın "Eurovision 2020"də iştirakı təsdiqləndi
16 Sentyabr 2019 13:54 MusiqiAzərbaycanın gələn il mayın 12-dən 16-dək Niderland Krallığının Rotterdam şəhərində keçiriləcək "Avroviziya-2020" mahnı müsabiqəsində iştirakı qeydə alınıb. İctimai Televiziya və Radio Yayımları Şirkətinin İctimaiyyətlə Əlaqələr Şöbəsindən bildirilib ki, Avroviziya Mahnı müsabiqəsi 12, 14 və 16 may tarixlərində Rotterdam şəhərində "Ahoy Arena"-da keçiriləcək. Qeyd edək ki, dünyanın ən baxımlı və populyar mahnı müsabiqəsi olan "Avroviziya"-nın Azərbaycanda rəsmi yayım hüququ İctimai Televiziya və Radio Yayımları Şirkətinə məxsusdur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31