Olqa Buzova "Jara"nın səhnəsində yıxıldı - VİDEO

Olqa Buzova "Jara"nın səhnəsində yıxıldı - VİDEO

Rusiyalı ulduz Olqa Buzova Bakıda keçirilən "Jara" beynəlxalq musiqi festivalında çıxışı zamanı səhnədə çətin anlar yaşayıb.

Olaylar.az xəbər verir ki, müğənninin təqdim etdiyi "Voditsa" mahnısı üçün hazırlanmış şouya uyğun olaraq səhnəyə çoxlu su tökülüb.

Su səhnəni sürüşkən etdiyindən Buzova rəqs edərkən ayağı sürüşüb və yıxılıb. Müğənninin dizi qanayıb.

O.Buzova yaralanmış dizinin fotosunu İnstagram səhifəsində paylaşaraq bunları yazıb:

"Çıxışım zamanı hər şeydən çox sürüşəcəyimdən qorxurdum və bu gün məhz bu hadisə başıma gəldi. Ümid edirəm izləyicilərin çoxu bu ağrılı hadisəni görməyib".


BAKU.WS

Olqa Buzova Azərbaycan mahnısı oynadı- Video

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31