Prezident İlham Əliyevin nəvəsi aparıcılıq edəcək - "Jara-2019"
Prezident İlham Əliyevin nəvəsi aparıcılıq edəcək - "Jara-2019"
25 İyul 2019 12:00 MusiqiƏli Ağalarov "Festivalın gündəliyi"ni çəkəcək
Olaylar.az xəbər verir ki, Əli Ağalarov "Jara-2019" musiqi festivalından maraqlı videolar çəkəcək.
12 yaşlı Əli bu barədə sosial şəbəkədə özü məlumat verib. O, Qırmızı xalıdan, kulis arxasından maraqlı videoreportajlar, eləcə də ulduzlarla müsahibələr hazırlayıb təqdim edəcək.
Əli Ağalarov Heydər Əliyev Fondunun vitse prezidenti Leyla Əliyevanın və xalq artisti Emin Ağalarovun oğludur.
Qeyd edək ki, "Jara-2019" musiqi festivalı 25-28 iyul tarixlərində keçiriləcək.
Festivalın təşkilatçıları Azərbaycanın xalq artisti Emin Ağalarov (EMİN), Rusiyanın əməkdar artisti Qriqori Leps, "Rusiya Radiosu"nun və "Qızıl Qramofon" mükafatının təsisçisi Sergey Kajevikovdur.
Festivalın bu ilki informasiya dəstəkçisi Bakucity.az saytıdır.
Bakucity.az