Müsahibə
İllərimi boşuna yaşamamışam
Məncə, Nailə İslamzadəni xüsusi təqdim etməyə, obrazlı ifadələrlə “bəzəməyə” lüzum yoxdu. Uzun illər Azərbaycan Televiziyasının diktoru olmuş bu xanım özünün sadəliyi, gözəlliyi və səlist, təmiz nitqi, diksiyası ilə hər kəsin yaddaşına hopub. Tam 25 il tamaşaçılara çatdırdığı xəbərlərdə, eləcə də digər verilişlərdə ana dilinin təmizliyini qorumağa çalışıb, nitqində kənar ifadələr, xoşagəlməz sözlərə yer verməyib. Azərbaycanın əməkdar artisti adına layiq görülən Nailə xanım bu gün rabitə sistemində çalışmaqla yanaşı, həm də Türkiyənin TRT AVAZ kanalında yayınlanan "İş'te kadın" proqramının aparıcısıdır.
Prezident xalqın iradəsini təcəssüm edir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə dair iclasında qeyd etdiyi kimi əhalinin sosial rifah halının yaxşılaşdırlması Azərbaycan dövlətinin başlıca vəzifəsidir və bu istiqamətdə davamlı addımlar atılacaq. Məlum iclasdan qısa müddət keçməsinə baxmayaraq artıq bu istiqamətdə müsbət tendensiya müşahidə edilməkdədir. Belə ki, Prezident İlham Əliyevin bir neçə gün əvvəl imzaladığı sərəncam əsasında minimum əmək haqqı və pensiyaların sığorta hissəsi artırıldı. Bunun ardınca isə yanvarın 23-də dövlət başçısının imzaladığı fərman əsasında məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinət müəyyən edildi. Prezidentin qərarı ilə məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 2017-ci il 1 yanvar tarixindən hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün 36,0 (otuz altı) manat məbləğində vahid aylıq müavinət müəyyən olundu.
“Siyasətçi peşəsini və siyasəti şou-bizneslə səhv salanlar var”
Son vaxtlar siyasi çevrələrdə, xüsusilə bəzi müxalifət partiyaları arasında qəribə tendensiya müşahidə edilir. Belə ki, siyasətçilər siyasi proseslərlə məşğul olmaqdan daha çox, tarixi araşdırmalar aparmaq, hansısa tarixi şəxsiyyət barədə mənfi fikirlər səsləndirməyə üstünlük verirlər. Bu isə digər siyasi partiyalarda narazılıq yaradır. Beləliklə, partiyalar və onların rəhbərlikləri arasında ciddi söz savaşına start verilir. Artıq bir aya yaxındır ki, bir neçə partiya arasında bu cür gərginlik müşahidə edilir. Bəs görəsən, siyasi partiya rəhbərlərinin bu addımı həmin prosesi seyriçi mövqeyindən izləyən digər partiyalarda hansı qənaəti formalaşdırır. Bu və ya digər suallarla Azərbaycan Milli İstiqlal Partiyasının Siyasi Şurasının üzvü Əli Orucova müraciət etdik. “OLAYLAR”-a verdiyi müsahibədə AMİP rəsmisi müxalifət partiyaları arasında mövcud olan münasibətlərdən də danışıb.
Xarici işlər naziri Elmar Məmmədyarovun Fransanın “La lettre Diplomatique” jurnalına müsahibə verib
Xarici işlər naziri Elmar Məmmədyarovun Fransanın “La lettre Diplomatique” jurnalında Bakı Humanitar Forumu və Azərbaycanın multikulturalizm ənənələrinə dair “Bakı planetin sosial məsələlərinin həllinin avanqardı” başlıqlı müsahibəsi dərc olunub.
Qeyri-neft sektorunu inkişaf etdirmək istəyən ölkələrə dünya təcrübəsini öyrənmək üçün Davos Forumu yaxşı fürsətdir
Bu günlərdə dünyanın əsas diqqət mərkəzi İsveçrənin Davos şəhərinə yönəlib. Ənənəvi olaraq keçirilən Davos Forumuna bu il daha çox maraq müşahidə edilir. Bunun başlıca səbəblərindən biri isə 2015-ci ilin sonlarından qlobal səviyyədə yaşanan iqtisadi vıə maliyyə böhranıdır. Bu böhrandan az və ya çox dərəcədə əziyyət çəkən dövlətlər Davos Forumunun imkanlarından istifadə edərək xarici sərmayədarları öz ölkələrinə cəlb etmək, onlarla səmərəli əməkdaşlıq qurmaq istiqamətində müxtəlif görüşlər keçirirlər. Məlum olduğu kimi Davos Forumunda iştirak etmək üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə də dəvət gəlib və dövlət başçısı həmin dəvəti dəyərləndirərək İsveçrəyə səfər edib. Kütləvi informasiya vasitələrinin də verdiyi məlumata görə, Azərbaycan Prezidenti Davos Forumu çərçivəsində bir sıra mühüm görüşlər keçirib, danışıqlar aparıb. Dövlət başçısının Davos Forumunda iştirakı, eləcə də forum çərçivəsində keçirdiyi görüşlər birmənalı olaraq yüksək qiymətləndirilir və bu görüşlərin ölkəmiz üçün yeni-yeni imkanlar yaradacağı bildirilir. Elə millət vəkili Azər Badamov da bu qənaətdədir. “OLAYLAR”-a verdiyi müsahibədə Azər Badamov ümumilikdə Davos Forumunun əhəmiyyətindən də söhbət açıb.
Ermənistan havadarlarının dəstəyini itirib
2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunması və Bakıda İslam Həmrəyliyi Oyunlarının keçirilməsi müsəlman ölkələri tərəfindən müsbət qarşılanıb. Artıq Qətərin ölkəmizdəki səfiri İslam Həmrəyliyi Oyunları ərəfəsində İslam ölkələrinin Forumunun keçirilməsi təklifi ilə çıxış edib. Siyasi ekspertlər hesab edirlər ki, İslam həmrəyliyinin bərqərar olması müsəlman ölkələrindəki münaqişələrin, o cümlədən Dağlıq Qarabağ probleminin ədalətli həllində müsbət rol oynaya bilər. Müsahibimiz "Baku Network" Ekspert şurasının rəhbəri, fəlsəfə elmləri doktoru Elxan Ələsgərovdur.
Uşaqlarınıza verə biləcəyiniz GÖZƏL adlar
Azərbaycan bir ölkə olaraq İslamın mahiyyətini dünyada tanıdacaq
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı sərəncamla 2017-ci il ölkədə “İslam Həmrəyliyi İli” elan edilib. Sərəncam əsasında Nazirlər Kabinetinə tapşırılıb ki, İslam Həmrəyliyi İli” elan edilməsinə dair tədbirlər planını bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin. Bu il ölkəmizdə İslam Həmrəyliyi Oyunlarının keçirilməsini nəzərə alsaq, dövlət başçısının imzalamış olduğu məlum sərəncamın nə dərəcədə əhəmiyyət kəsb etdiyini aydın görə bilərik. Bəs görəsən 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsini ölkənin inanclı insanları necə qarşılayır və Azərbaycanın belə bir addım atması İslam aləminə, müsəlman dünyasına örnək ola bilərmi? Bu və ya digər suallarla Azərbaycan Milli Elmlər Akademiyasının böyük elmi işçisi Əkrəm Həsənovla söhbətləşdik.
Rusiya-Türkiyə əməkdaşlığı Suriyaya sülh gətirəcəkmi?
Bir neçə ildir ki, davam edən və minlərlə insanın həyatı bahasına başa gələn Suriya problemi çözümə yazınlaşmaq mərhələsindədir. Xarici kütləvi informasiya vasitələrinin yaydığı xəbərlərə görə, yaxın günlərdə Qazaxıstanın paytaxtı Astana şəhərində Suriya probleminin həlli ilə bağlı mühüm görüş keçiriləcək. Lakin Astana görüşünün formatının bir qədər məhdud olması probıemin qısa zamanda həll ediləcəyinə şübhələr yaradır. Belə ki, ilkin məlumatlara görə, Astana görüşü yalnız üçtərəfli formatda, Rusiya, Türkiyə və Suriya formatında olacaq. Yəni, Qərbin həmin görüşə qatılacağı barədə hələlik heç bir xəbər yoxdur. Elə məhz bu prizmadan çıxış edən bir sıra ekspertlər Suriya probleminin həlli məqsədilə keçiriləcək Astana görüşünün uğurlu nəticələnəcəyinə şübhə edirlər. İddia olunur ki, Qazaxıstanda hər hansı razılıq əldə olunsa belə, Qərb ciddi cəhdlə onun reallaşmasına əngəl yaradacaq. Bəs görəsən Astanada Suriya probleminin həlli istiqamətində ümumi bir razılığın əldə olunması nə dərəcədə mümkündür? Və Qərb həmin anlaşmanı normal qarşılayacaqmı? Bu və digər suallarla siyasi ekspert Arzu Nağıyevlə söhbətləşdik.
Həmyerlilərimizin “O səs”də başına gətirilən ŞOK OYUNLAR: "Bizə hədə-qorxu gəldilər və Acun...”
Müsabiqənin birinci mərhələsində uğurla çıxış edən, ikinci mərhələsinə isə buraxılmayan Gülşən İbadova ilə əlaqə saxlayıb onun fikirlərini öyrəndik. Elmira Quliyevanın son tələbəsi olan Gülşən İbadova bildirib ki, yarışmada azərbaycanlılara qarşı açıq-aşkar oyun qurulub.
"SƏS"-26 – mübarizlik və əqidəli şərəf yolu davam edir!
- Əlbəttə ki, "Səs" qəzeti müstəqil Azərbaycan mətbuatının ilk qaranquşlarından hesab olunur və bu qəzet ictimai-siyasi mətbu orqanı kimi 1990-cı ilin noyabrında "Əlincə" Xeyriyyə Cəmiyyətinin orqanı olaraq qeydiyyatdan keçib, 1991-ci il yanvarın 11-dən isə qəzetin dərcinə başlanılıb. Yəni qəzetin tarixi Azərbaycanın müstəqillik tarixindən bir neçə ay əvvələ təsadüf edir. Həmin dövrdə Yeni Azərbaycan Partiyası (YAP) da yaranmamışdı.
Professor: "İnsanların kütləvi şəkildə müayinə olunması lazımdır"
Səhiyyə Nazirliyinin baş allerqoloqu, Azərbaycan Tibb Universitetinin terapiya kafedrasının professoru, əməkdar həkim Cəbrayıl Məmmədov report-a müsahibə verib.
İslamofobiyanı yaradan səbəblər həm də müsəlmanlardan qaynaqlanır
İslamofobiya elə bir mövzudur ki, bu məsələ təkcə inanclı insanları deyil, hətta müsəlman ölkələrində yaşayan ateistləri belə narahat edir. Çünki, müsəlman coğrafiyasında yaşayan insanlar İslam dininə etiqad bəsləməsə belə İslam mədəniyyətinə mənsubdurlar. Yəni, bu mədəniyyətin formalaşmasında və inkişafında hamının payı var. Ona görə də bu mədəniyyətin sərhədlərindən kənarda islamofobiyanı bu mədəniyyətə mənsub olan hər kəs hiss edir. Müsahibimiz İlahiyyət üzrə fəlsəfə doktoru Mehman İsmayılovdur.
"Dövlət yardımının internet mediasının durumunu yaxşılaşdıracağı qənaətindəyəm"
Ermənistandakı daxili gərginlik müəyyən bir siyasi imitasiyadır
Bu günlərdə Ermənistan yenə daxili siyasi gərginlik dövrünü yaşayır. Həftənin əvvəllərində paytaxt İrəvanda baş verən etiraz aksiyası və polislə qarşıdurma nəticəsində onlarla insanın həlak olması işğalçı ölkənin vətəndaş müharibəsi ərəfəsində olduğunu söyləməyə əsas verir. Hətta Ermənistanda gələn il keçiriləcək parlament seçkilərinə qədər hakimiyyət çevrilişinin baş vermə ehtimalından da danışılır. Əsas ortaya atılan iddia isə ondan ibarətdir ki, Ermənistanda gözlənilən mümkün hakimiyyət çevrilişinin ssenari müəllifi Rusiya Federasiyasıdır. Bildirilir ki, Sərkisyan hakimiyyətinin son vaxtlar Kremlin istək və tapşırıqlarına qarşı çıxması Rusiyanı belə bir addım atmaq məcburiyyətində buraxır. Bəs görəsən ekspertlər bu barədə nə düşünür? Bu və ya digər məsələlərlə bağlı siyasi ekspert Arzu Nağıyevə müraciət etdik.














