Dağlıq Qarabağa gedən yolun başlanğıcı
Bu günlərdə Azərbaycan cəmiyyətində müzakirə olunan əsas mövzu Prezident İlham Əliyevin Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndi ilə bağlı imzalamış olduğu tarixi sərıncamdır. Dövlət başçısının sərəncamında qeyd olunur ki, Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində bərpa işləri həyata keçirilsin. Bu məqsədlə isə dövlət başçısı ilkin olaraq 4 milyon manat vəsait ayırıb. Həmin əsait hesabına birinci mərhələdə Cocuq Mərcanlı kəndində 50 yaşayış evinin, məktəb binası, səhiyyə ocağının tikintisi, infrastruktuirun yaradılması nəzərdə tutulur. Məlumata görə, ərazidə minatəmizləmə əməliyyatları başa çatdıqdan dərhal sonra Cocuq Mərcanlıda infrastrukturun yaradılmasına start veriləcək.
30 Yanvar 2017 15:28 MüsahibəAzər Verdiyev: "Artıq sosial şəbəkələrdə fəal olan ermənilər "İlham Əliyev Sarkisyana siyasi dərs keçdi" tipli paylaşımlar edirlər"
Bu günlərdə Azərbaycan cəmiyyətində müzakirə olunan əsas mövzu Prezident İlham Əliyevin Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndi ilə bağlı imzalamış olduğu tarixi sərıncamdır. Dövlət başçısının sərəncamında qeyd olunur ki, Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində bərpa işləri həyata keçirilsin. Bu məqsədlə isə dövlət başçısı ilkin olaraq 4 milyon manat vəsait ayırıb. Həmin əsait hesabına birinci mərhələdə Cocuq Mərcanlı kəndində 50 yaşayış evinin, məktəb binası, səhiyyə ocağının tikintisi, infrastruktuirun yaradılması nəzərdə tutulur. Məlumata görə, ərazidə minatəmizləmə əməliyyatları başa çatdıqdan dərhal sonra Cocuq Mərcanlıda infrastrukturun yaradılmasına start veriləcək.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin məlum sərəncamı ölkə əhalisi arasında nə qədər ruh yüksəkliyi, işğal altında olan ərazilərə geri qayıtmaq ümidi yaratsa da, bir o qədər də erməni cəmiyyətində qorxu, təşviş, ruh düşkünlüyünə səbəb olub. Ermənilər Azərbaycan Prezidentinin sərəncamından o qədər xofa düşüblər ki, hətta sosial şəbəkələrdə bunu büruzə veriblər. Ermənilərin sosial şəbəkələrdə, elektron portallarda yazdığı statuslar, rəylərdə rəsmi Bakının son addımından ciddi təlaşa düşdükləri açıq-aşkar görünür. Rəylərdə, statuslarda əsas olaraq bir məqam qeyd edilir ki, Azərbaycan Prezidentinin Cocuq Mərcanlı kəndi ilə bağlı imzaladığı sərəncam azərbaycanlıların erməni işğalı altında olan ərazilərə Böyük Qayıdışının başlanğıcıdır. Əgər bu gün Azərbaycanın dövlət başçısı bir kənd barədə sərəncam imzalayırsa, sabah eyni sərəncam erməni işğalı altrında olan digər rayonlar, Şuşa, Laçın, Kəlbəcər və s. barədə imzalana bilər. Çünki indiki halda Azərbaycan buna qadir ölkə kimi görünür. Elə Qlobal Araşdırmalar Liqası İctimai Birliyinin sədri, siyasi şərhçi Azər Verdiyev də bu qənaətdədir. "OLAYLAR"-a verdiyi müsahibədə Azər Verdiyev Azərbaycan Prezidenti İlham Əliyevin Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpası ilə əlaqdar imzaladığı sərəncamın əhəmiyyətindən, eləcə də bu sərəncamın Ermənistan cəmiyyətində yaratdığı xofdan danışıb.
-Azər müəllim, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı imzaladığı sərəncamı necə qiymətləndirirsiniz və bu sərəncam istər beynəlxalq aləm, istərsə də Ermənistana bir mesaj sayıla bilərmi?
-Əvvəla bir məsələni qey edim ki, Azərbaycan Prezidenti İlham Əliyev xalq üçün atdığı bütün addımları mesaj xatirinə atmır. Birinci məqsəd əhalinin sosial rifah şəraitinin yaxşılaşdırılmasından ibarətdir. Cocuq Mərcanlı kəndinə qayıdış isə sözün hər mənasında dünyada şok effekt yaradıb. Məsələnin ən sevindirici tərəfi ondan ibarətdir ki, Prezidentin sərəncamından sonra 190 ailə artıq orda yaşamaq üçün rəsmi qurumlara müraciət edibdir. Bu bir daha onu sübut edir ki, xalq tezliklə Dağlıq Qarabağa dönəcəyi günü gözləyir.
-Bu srəncam məcburi köçkünlərdə nə dərəcədə ruh yüksəkliyi və öz doğma torpaqlarına qayıtmaq inamını artıracaq?
-Bilirsiniz, məcburi köçkünlərlə bağlı bütün addımlara Prezident həssaslıqla yanaşır. Bunun da obyektiv və subyektiv səbəbləri var. Ancaq təcrübə onu göstərdi ki, bü gün qəbul edilən qərarlar, atılan addımlar bilavasitə məcburi köçkünlərdə ruh yüksəkliyinin yüksək olmasına hesablanıb. Bu gün hər bir məcburi köçkün öz dədə-baba yurdlarına dönəcəkləri günü səbrsizliklə gözləyirlər.
-Artıq bu sərəncamım Erməniustanda ciddi bir təşviş yaratdığı bildirilir. Sizcə, bu addım Ermənistanı nə dərəcədə sülh prosesinə yaxınlaşdıracaq?
-Bir neçə gündür ki, məlum sərəncan internet və sosial mediada ciddi şəkildə müzakirə olunmaqdadır. Deqredasiyaya uğrayan erməni ictimaiyyəti artıq Serj Sərkisyan rejiminin iflasa uğradığından xəbərdardır. Belə bir gərgin şəraitdə Azərbaycan Respublikası Prezidentinin məlum sərəncamı sanki erməni elitasına od qoydu. Artıq sosial şəbəkələrdə fəal olan ermənilər "İlham Əliyev Sarkisyana siyasi dərs keçdi" tipli paylaşımlar edirlər.
-Məlum sərəncam digər işğal altında olan ərazilərə, Dağlıq Qarabağa gedən yolun başlanğıcı ola bilərmi?
-Əlbəttə. Əslində bu sərəncam Dağlıq Qarabağa gedən yolun başlanğıcıdır. Azərbaycan xalqı artıq o günün uzaqda olmadığının fərqindədir. Prezident bu sərəncamla sanki bütün donmuş prosesləri yenidən aktivləşdirdi. Gec-tez torpalar geri qayıdacaq. Artıq erməni cəmiyyəti də reallığı dərk etməkdədir.
Süleyman