Müsahibə

Yıldıray Arslan: “TRT Azərbaycanın Qarabağ münaqişəsində haqlı olduğunu dünyaya hər zaman israrla çatdıracaq”

17 Mart 2017 16:34

Bakı təmsilçiliyi fəaliyyətə başladığı 2001-ci ildən Azərbaycan və Türkiyənin ortaq gündəmi, tarixi və gələcəyi ilə bağlı səmərəli fəaliyyət göstərməyi qarşısına məqsəd qoyub.

Nizami Cəfərov: "Biz İslamı milli mənəvi dəyər kimi qoruyuruq"

17 Mart 2017 16:26

Əlbəttə ki, Azərbaycanın türk dünyasında yeri  və rolu çox mühümdür. Ümumiyyətlə, türk xalqlarının qədim tarixi var. Məlum olduğu kimi türklər təxminən min beş yüz  ildən sonra, yəni ilk orta əsrlərdən tədricən oğuz, qıpçaq və karluqlara ayrılırlar ki, həmin proses eyni zamanda geniş coğrafiyalarda yayılmaqla və məskunlaşmaqla müşayiət olunur.

Aparat rəhbəri: "12 illik təhsilə keçid köklü dəyişikliklər tələb edir"

17 Mart 2017 15:22

Ötən il təhsil sistemində bir sıra mühüm yeniliklərə imza atılıb. Təhsildə keyfiyyətin yüksəldilməsi ən vacib məsələ olduğundan əsas fəaliyyət bu istiqamətə yönəlib. Bu baxımdan ötən il ölkə üzrə təmayülləşmənin genişləndirilməsi, diaqnostik qiymətləndirmənin davam etdirilməsi, müəllimlərin işə qəbulu zamanı namizədlərin göstərdiyi nəticələrin yüksəlməsi, təhsil işçilərinin və məktəb idarəedənlərin peşəkarlığının artırılması təhsilin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində görülən tədbirlər sırasında olub.

V Qlobal Bakı Forumu Azərbaycanın haqq səsini dünyaya çatdırılmasında, dünyanın diqqətinin Azərbaycana yönəldilməsində əvəzolunmaz siyasi platformadır

16 Mart 2017 15:28

Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fransaya baş tutan səfəri bir sıra parametrləri üzrə yadda qalan oldu. İstər siyasi, istərsə də iqtisadi səviyyədə keçirilən görüşlər Parislə Bakı arasında əməkdaşlığın bundan sonra daha da inkişaf etdirilməsi üçün əlverişli zəmin yaratdı. Dövlət başçısının keçirilən əksər görüşlərdə Dağlıq Qarabağ probleminə toxunması Azərbaycanın haqlı möqeyinin bir daha dünya ictimaiyyətinə çatdırlması baxımından da mühüm əhəmiyyət daşıdı. Millət vəkili Azər Badamov “OLAYLAR”-a verdiyi müsahibədə Azərbaycan Prezidentinin Fransaya səfəri və onun nəticələrindən danışıb.

Elbəy Qasımzadə: “Nərimanovun heykəlinə toxunmaq olmaz”

13 Mart 2017 16:21

Memarlar İttifaqı Azərbaycanın ən uzun tarixi olan ictimai təşkilatlarından biridir. Keçən ilin dekabrında ittifaqımızın 80 illiyi təntənəli şəkildə qeyd olundu. Möhtərəm  prezidentimiz İlham Əliyevin sərəncamları ilə 18 nəfər Azərbaycanın ən fəal memarları təltif olundular.

Türkiyə kimi nüfuza sahib bir ölkə ilə mücadilə etmək Avropa Birliyi üçün böyük şanssızlıqdır

13 Mart 2017 13:01

Hasan Oktay: “Avropa Birliyi bu olayları, haqsız mövqeyini davam etdirərəsə, o halda bundan daha çox Avropa Birliyi ölkələri, eləcə də bu quruma namizəd dövlətlər zərər görər”

Fransa ilə münasibətləri inkişaf etdirmək Azərbaycanın maraqlarına uyğundur

13 Mart 2017 12:48

Türkiyə-Avropa münasibətlərinin gərginləşdiyi bər dönəmdə Azərbaycan prezidenti İlham Əliyevin Fransaya səfəri baş tutub. Bir müddət öncə Ermənistan prezidentinin də bu ölkəyə səfəri olmuşdu. Maraqlıdır, hazırki şəraitdə Azərbaycan prezidentinin Fransaya səfəri Qarabağ münaqişəsinin həllinə hnası töhvəsini verə bilə? Müsahibimiz “Baku Network” ekspert qrupunun rəhbəri, təhlükəsizlik və beynəlxalq məsələlər üzrə ekspert Elxan Ələsgərovdur.

"Sarkisyan müharibə istəyirsə, biz hazırıq"

13 Mart 2017 11:53

Fevral ayında cəbhədə baş verən toqquşmalardan sonra Ermənistan hakimiyyəti panika yaşayır. Düşmən tərəfi təkcə itkilərini gizlətməklə kifayətlənmir, vəziyyətdən çıxış yolu axtarır. Aprel döyüşlərində biabırçı məğlubiyyətə düçar olan Sarkisyan özünü "cəsarətli" göstərmək istəyir və o, bu məqsədlə Azərbaycana hədə-qorxu gəlir. 

Qarabağla bağlı səslənən nikbin bəyanatların arxasında nə dayanır?

10 Mart 2017 13:39

Son günlər Dağlıq Qarabağ probleminin həlli ilə bağlı müxtəlif mənbələrdən bir-birindən maraqlı və nikbin məlumatlar, açıqlamalar yayılmaqdadır. Belə ki, Birləşmiş Ştatların Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Robert Sekutanın “Dağlıq Qarabağ problemi çox uzandı” kimi açıqlaması, Rusiya Federasiyasının prezidenti Vladimir Putinə istinadən yayılan “Ərazilər mütləq Azərbaycana qaytarılacaq” fikri, Moksvada keçirilən Azərbaycan və Ermənistan təmasları, eləcə də Yenisey Sarayı ilə vidalaşmaqda olan Fransa prezidenti Fransua Ollandın Ermənistan və Azərbaycan dövlət başçılarını Parisə dəvət etməsi bu nikbinliyə əsas verən amillərdəndir. Nəticəyə təsir edib-etməməsindən asılı olmayaraq görünən odur ki, Dağlıq Qarabağ probleminin həllində diplomatic hərəkətlilik müşahidə edilir. Ancaq bu hərəkətliliyin hansı nəticələrə gətirib çıxaracağını proqnozlaşdırmaq bir qədər çətindir. Bəs görəsən bu barədə politoloqlar nə düşünür? Bu və ya digər suallarla politoloq Əli Qənbərliyə müraciət etdik. “OLAYLAR”-a verdiyi müsahibədə politoloq Dağlıq Qarabağ probleminin həlli istiqamətində artan diplomatik hərəkətliliyin arxasında duran məqamlar barədə də danışıb.

“Qətiyyətlə deyə bilərik ki....”

9 Mart 2017 17:28

Ölkədə söz və məlumat azadlığı, fikir plüralizminin tətbiq edilməsi, onun inkişaf etdirilməsi istiqamətində görülən işlər, atılan addımlar, eləcə də bu sahədə möcud olan vəziyyətlə bağlı Qlobal Araşdırmalar Liqası İctimai Birliyinin sədri Azər Verdiyevin “OLAYLAR”-a müsahibəsi

Məleykə Abbaszadə: “Gələcəkdə digər təhsil səviyyələri üzrə imtahanda bir neçə dəfə iştirak imkanı yaradılması nəzərdə tutulur”

7 Mart 2017 15:21

Ümumi və tam orta təhsil bazalarında orta ixtisas təhsili müəssisələrinə, ali təhsilin bakalavr, magistratura və rezidentura səviyyələrinə qəbul qaydaları Dövlət İmtahan Mərkəzi tərəfindən işlənib hazırlanıb (müvafiq nazirliklərin rəyi nəzərə alınmaqla) və cari ilin fevral ayında Nazirlər Kabinetitərəfindən təsdiq edilib. Qeyd edilən qaydalarda ötən illə müqayisədə, demək olar ki, dəyişiklik yoxdur. Yalnız bakalavriat səviyyəsinə qəbul qaydalarında edilən dəyişikliyə əsasən abituriyentlərə  seçdikləri hər hansı bir ixtisas qrupu üzrə ( V ixtisas qrupu istisna olmaqla)  eyni tədris ilində keçirilən bir neçə qəbul imtahanında iştirak etməyə icazə verilir. Bildiyiniz kimi, ötən ilə qədər əvvəlki illərin və cari ilin məzunları qəbul imtahanını müxtəlif vaxtlarda verirdilər.

“Demokratik inkişafı azad mətbuatsız təsəvvür etmək mümkün deyil”

6 Mart 2017 17:18

Azərbaycan demokratik cəmiyyətin bir parçası kimi bu ənənələrin inkişaf etdirilməsi, onun bərqərar olmasını hər zaman diqqətdə saxlayıb, bu istiqamətdə müvafiq addımlar atıb. Azad söz, fikir və məlumat azadlığı, plüralizmin təmin olunması da demokratik ənənələrdən sayıldığından ölkəmizdə bu sahədə də zaman-zaman məqsədyönlü tədbirlər həyata keçirilir, mətbuatın azad, müstəqil şəkildə fəaliyyəti üçün münbit şərait yaradılır.  KİV-lərin azad, müstəqil fəaliyyəti üçün ölkədə yaradılan münbit şərait birmənalı olaraq yüksək qiymətləndirilir, təqdir edilir.  Elə Gənclərin Mənəvi İnkişafı İctimai Birliyinin sədr müavini, ensonxeber.az saytının köşə yazarı Aysel Vəliyeva da bu qənaətdədir. “OLAYLAR”-a verdiyi müsahibədə Aysel Vəliyeva qeyd edilən istiqamətdə Azərbaycanda mövcud olan vəziyyət barədə danışıb.

Dərsliklərdəki qüsurlara DİM-dən REAKSİYA: “Mənbəyi məlum olmayan məlumatlar...”

3 Mart 2017 12:46

Orta məktəb dərsliklərində yol verilən nöqsanlar zaman-zaman gündəmə gəlir. Bəzi iradlar müəlliflər tərəfindən qəbul edilsə də, bəzilərinin doğru olmadığı bildirilir. Keçmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyası fəaliyyət göstərdiyi dövrdə bu istiqamətdə araşdırmalar aparılıb, nəticələri Təhsil Nazirliyi, eləcə də ictimaiyyətə açıqlanıb. Hazırda TQDK-nın fəaliyyətini Dövlət İmtahan Mərkəzi davam etdirir. Bu günlərdə DİM struktur və kadr islahatları aparılıb və Afiqə Batıyeva Metodika və dərsliklərin monitorinqi şöbəsinin müdiri təyin edilib.

"Ermənistanın qeyri-ciddi ölkəyə çevrilməsində Nalbandyanın böyük "xidmətləri" var"

3 Mart 2017 11:27

- Edvard Nalbandyanın yubiley əhval ruhiyyəsini pozmaq istəməzdik, belə ki, o Ermənistanda qeyd olunan diplomatiya günündə həmkarları qarşısında öyünməyə çalışaraq Ermənistanın "uğurlu" xarici siyasətindən danışıb. Nalbandyanın nazir statusunda səkkiz illik fəaliyyəti dövründə Ermənistan daha da təcrid olunmuş vəziyyətə düşüb. Ermənistan bu gün etibarsız, qeyri-ciddi və öz mövqeyi olmayan tərəf kimi qəbul olunur ki, nəticə etibarilə bunda da Nalbandyanın "xidmətləri" böyükdür. Ümumiyyətlə, Ermənistanda hakimiyyət başında olan hərbi diktatura rejiminin Ermənistanı sürətli şəkildə fəlakətə və tənəzzülə apardığı hər kəsə, xüsusilə erməni xalqına aydındır.

Arif Rəhimzadə: “Azərbaycanlılar türk deyil...”

2 Mart 2017 15:07

Azərbaycan Milli Məclisinin regional məsələlər komitəsinin sədri, deputat Arif Rəhimzadə KM.ru rus xəbər portalına qalmaqallı müsahibə verib. Bildirib ki, azərbaycanlılara “türk” deyilməsi düzgün deyil, çünki azərbaycanlılar türk sayılmır.