Müsahibə

Elmar Məmmədyarov: "Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı substantiv danışıqlara hazırdır"

26 Aprel 2017 14:47

Rusiya Prezidenti Vladimir Putinin dəvəti və təşəbbüsü əsasında keçirilmiş Sankt-Peterburq görüşündə prezidentlər səviyyəsində münaqişənin həlli ilə bağlı əsaslı müzakirələr aparıldı. Bu danışıqlar mahiyyət etibarilə işğala əsaslanan status-kvonun dəyişdirilməsini nəzərdə tuturdu.

“Azad media bu gün Azərbaycandakı mediadır”

26 Aprel 2017 14:25

Azərbaycanda söz, fikir və məlumat azadlığının mövcudluğu heç kəsdə şübhə doğurmur. Etiraf edilməlidir ki, dümokratiyanın təməl prinsipləri olan bu üç məfhumun təmin olunması və inkişafı ilə əlaqədar  ölkədə kifayət qədər işlər görülüb və hazirda da bu istiqamətdə fəaliyyət davam etməkdədir.

IV İslam Həmrəylik Oyunlarının Azərbaycanda keçirilməsi bütün müsəlman dünyasının diqqətini ölkəmizə çəkəcək

26 Aprel 2017 13:46

Məlum olduğu kimi may ayının 12-dən 22-dək Bakıda İslam Həmrəyliyi Oyunları keçiriləcək. Sayca dördüncü dəfə keçiriləcək bu oyunlara hazırlıq işləri artıq başa çatmaq üzrədir. Ölkənin bütün idman arenaları demək olar ki, bu mötəbər yarışa tam hazırdır. Bəs görəsən IV İslam Həmrəyliyi Oyunları Azərbaycana hansı dividentlər gətirəcək? Bu və ya digər suallarla millət vəkili Azər Badamova müraciət etdik.

Qohum evliliklərinin ölümcül fəsadı

26 Aprel 2017 12:34

Böyrəklər bədənimizin ən önəmli orqanlarındandır. Ürəyin dəqiqədə vurduğu 5-6 litr qanın 1.5 litri böyrəklərdən süzülür. Hər iki böyrəkdə olan nefronlardan 1 dəqiqədə 1 litr qan keçir. Böyrəklərdən keçən qan süzüldükdən sonra yararlı maddələr yenidən qana verilir, lazımsız maddələr isə orqanizmdən atılır. Bütün bunlar böyrəklərin orqanizm üçün nə qədər önəmli olduğunu göstərir.

Əflatun Amaşovun oğlu: "Jurnalist olmaq istəməmişəm"

25 Aprel 2017 17:48

Sabah Milli Məclisin deputatı, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşovun 60 yaşı tamam olur. Bu yubiley yaşında, heç şübhəsiz ki, Əflatun Amaşova müxtəlif təbriklər ünvanlanacaq.

Vüqar Bayramov: "Adına ev olanlar da sosial mənzil almaq üçün müraciət edə bilərlər"

21 Aprel 2017 16:20

Bir neçə gündən sonra sosial evlər almaq üçün qeydiyyat başlayacaq. Bununla bağlı  müraciətlərin və sualların sayı da artır.  Yaranan suallara iqtisadçı Vüqar Bayramov aydınlıq gətirib.

İslam Həmrəyliyi Oyunlarının Azərbaycan üçün tarixi əhəmiyyəti, siyasi və iqtisadi dividentləri var

21 Aprel 2017 15:15

Azərbaycan daha bir beynəlxalq tədbirə, İslam Həmrəyliyi Oyunlarına hazırlaşır. Sayca dördüncüsü keçirilən bu oyunların keçiriləcəyi 10 gün ərzində bütün müsəlman aləminin gözü, diqqəti Bakıda olacaq. IV İslam Hərməyliyi Oyunlarının Azərbaycanda “İslam Hərməyliyi İli”nə təsadüf etməsi də bu oyunların əhəmiyyətini birə-beş artırır.

“Əsas strateji hədəfimiz – təhsilin keyfiyyətinin artırılmasıdır”

17 Aprel 2017 17:56

Bir il öncə Azərbaycan Tibb Universitetində yeni təyinat baş verdi. Professor Gəray Gəraybəyli bütün karyerasını həsr etdiyi doğma universitetin rektoru təyin olundu. İstənilən sahədə bir il  - hesabat vermək üçün ilkin mərhələ sayılır. Bu müddətdə Azərbaycan Tibb Universitetində nələr dəyişdi, yeni rektor hansı sahələrə diqqəti daha da artırdı? Hədəflər nə idi və bir ildən sonra gözləntilərin doğrulduğunu demək olarmı? Bütün bunlar haqqında ATU rektoru, professor Gəray Gəraybəyli ilə müsahibəni təqdim edirik:

Azərbaycan Ordusunun hərbi təlimləri ermənilərə sarsıdıcı zərbə vura biləcək mesajdır

17 Aprel 2017 15:01

Dağlıq Qarabağ probleminin həlli missiyasını öz üzərinə götürən ATƏT-in Minsk qrupunun passivliyi, münaqişənin həlli istiqamətində heç bir müsbət addım atmaması regionda gərginliyin artmasına gətirib çıxarır. Ermənistan hakimiyyətinin danışıqlar prosesindən yayınması, bu azmış kimi aqressiya və təhdid nümayiş etdirməsi Qarabağda növbəti hərbi əməliyyatları qaçılmaz edir. Bu günlərdə işğalçı ölkənin zəbt etdiyi Azərbaycanın Ağdam rayonu ərazisində hərbi təlimlər keçirməsi də bunun əyani sübutudur. Məlumat üçün qeyd edək ki, Ermənistanın təhdid xarakterli addımına qarşı Azərbaycan tərəfi də qarşılıq verib. Xəbərlərdən də aydın olduğu kimi aprelin 16-dan Azərbaycan Silahlı Qüvvələri genişmiqyaslı hərbi təlimlərə başlayıb. Bir neçə gün davam edəcək hərbi təlimlərə 30 min şəxsi heyət cəlb edilib.

Aqrar sektora dövlət qayğısı onun dinamik inkişafına yol açır

13 Aprel 2017 13:52

2015-ci ildən dünya bazarlarında neftin qiymətlərinin kəskin şəkildə aşağı düşməsi hər bir ölkədə olduğu kimi Azərbaycanda da qeyri-neft sektorunun inkişafına diqqəti daha da artırmış oldu. Etiraf etmək lazımdır ki, ötən müddət ərzində bu istiqamətdə kifayət qədər məqsədyönlü addımlar atılıb.

Radikalların daha bir uğursuz cəhdi

10 Aprel 2017 14:56

Həftə sonu Milli Şura adlanan qurum özünün növbəti biabırçı mitinqini keçirdi. Bu biabırçılıq istər aksiya iştirakçılarının sayı, istər tərkibi, istərsə də orada səslənən şüarlarda özünü açıq göstərirdi. Həmişəki kimi bir ay əvvəldən ciddi cəhdlə aksiyaya hazılaşan Milli Şura və onun rəhbərliyi, xüsusilə Azərbaycan Xalq Cəbhəsi Partiyası yenə də ölkədəki ictimai-siyasi sabitliyi pozmaq məqsədilə xaricdən almış olduğu maddi dəstəyin qarşılığını verə, mitinqin kütləviliyini təmin edə bilmədi. Bəs görəsən bundan sonrakı proseslər necə davam edəcək və 8 aprel uğursuzluğundan sonra Milli Şura, xüsusilə AXCP sədri Əli Kərimli yenidən mitinq şousu düzəltməyə çalışacaqmı? Elə politoloq Ramiz Alıyevlə də söhbətimiz Milli Şuranən 8 aprel aksiyası ilə bağlı oldu.

“Leyli obrazını oynamaq qəzəl əzbərləyib oxumaqla bitən iş deyil”

7 Aprel 2017 14:47

İlk dəfə bu səsi “Xalq ulduzu” müsabiqəsində dinləmişik. Daha sonra bu səs Muğam müsabiqəsində hər kəsin, hətta sənətkarların da  könlünü yenidən fəth etdi.Ümidləri doğrultdu...

Radikalların növbəti gərginlik yaratmaq cəhdi

7 Aprel 2017 14:28

Radikal müxalifət yenə ölkədə sabitliyi pozmaq, gərginlik yaratmaq cəhdlərinə əl atıb. Məlum olduğu kimi bu məqsədlə aprelin 8-nə etiraz aksiyası da təyin ediblər. Sosial şəbəkələrdə bu aksiyaya “ciddi” hazırlaşan radikallar iddia edirlər ki, 8 aprel mitinqi öz kütləviliyi ilə seçiləcək və daha çox insan bu aksiyaya qoşulacaq. Amma cəmiyyətin kütləvi aksiyalara olan münasibəti, mitinq təşkilatçılarının sosial bazası, eləcə də digər amillərə nəzər yetirdikdə bunun tamamilə əksi ortaya çıxır. Belə ki, Azərbaycan xalqı hazırkı situasiyada kütləvi aksiyalara heç bir sosial sifarişin olmadığını bildirməklə yanaşı, həmçinin ölkədə sabitliyi pozmağa, gərginlik yaratmağa hesablanmış aksiyalara da qoşulmaq barədə düşünmür. Elə ekseprtlər də bu qənaətdədirlər. Politoloq Cəbrayıl Fərzəliyevlə də söhbətimizdə Milli Şura adlanan qurumun 8 aprel aksiyası və ona olan münasibət barədə söhbətləşdik.

Hansı hallarda əmək pensiyası təyin ediləcək?

6 Aprel 2017 14:08

Pensiya sistemində edilən yeni dəyişikliklərlə bağlı bizə çoxsaylı suallar yaranıb. İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) rəhbəri, tanınmış iqtisadçı-ekspert Vüqar Bayramov həmin dəyişikliklərlə bağlı suallara aydınlıq gətirib. İqtisadçı bildirib ki, bu dəyişikliklərin şərhi yox, yalnız izahıdır.

Sankt-Peterburq terroru nəyə mesajdır?

5 Aprel 2017 14:32

Beynəlxalq terrorizm yenə aktiv fəaliyyətdədir. Türkiyə və Avropanın ardınca bu dəfə Rusiya Federasiyası bu terrorun qurbanı oldu. Xəbərlərdən də aydın olduğu kimi bu günlərdə Sankt-Peterburq şəhərindəki metro stansiyalarından birində dəhşətli terro aktı həyata keçirilib. Terrakt nəticəsində 10 nəfər həlak olub, 50-dən çox insan müxtəlif dərəcəli xəsarət alıb. Bir qayda olaraq terrorun bu və ya digər ölkəni atmış olduğu hansısa addımlardan geri çəkindirmək məqsədi daşıdığını nəzər alsaq belə qənaətə gəlmək mümkündür ki, Sankt-Peterburq terroru da məhz Rusiyaya terror yolu ilə verilən bir mesajdır. Yəni şimal qonşumuzun Yaxın Şərqdə tədricən söz sahibinə çevrilməsi müəyyən beynəlxalq gücləri ciddi şəkildə narahat edir. Bu səbəbdən Rusiya terrorun hədəfinə çevrildi. Bəs görəsən bu barədə ekspertlər nə düşünür? Bu və ya digər məsələlərlə bağlı Azərbaycan Milli İstiqlal Partiyasının beynəlxalq məsələlər üzrə katibi Elşən Mustafayevə müraciət etdik.