Müsahibə

Uşaqlarımızın sağlamlığını təhlükəyə atmadan təhsil vermək hüququnu necə təmin etməli?

19 Avqust 2020 13:39

Ən inkişaf etmiş ölkələrdə belə əsas ismarıc bundan ibarətdir:  “Hələ uzun müddət “Covid-19”-un səbəb olduğu pandemiya davam edəcək və onunla yaşamağı öyrənməliyik”. Bu isə o deməkdir ki, başqa yol olmadığından mövcud şəraitdə təhsil almağa cəhd etməliyik. Ancaq bunun elə də asan olmayacağı göz qabağındadır. Mütəxəssislər bütün mümkün variantları nəzərdən keçirib və dünyanın əl atdığı yollarla ölkəmizdə reallaşdırılması labüd variantları bir araya gətiriblər. Bu qənaətə gəliblər ki, çevik təhsil modeli seçməklə Azərbaycan təhsili mövcud böhranı fürsətə çevirə bilər. Lazım gələrsə virtual, lazım gələrsə üz-üzə təhsil formatına keçə bilən məktəblərlə təhsil iştirakçılarının sağlamlığını təhlükəyə atmadan təhsil hüququnu təmin etmək mümkündür.