Pandemiya gənclər və idman sahəsinə necə təsir göstərdi?-MÜSAHİBƏ-ÖZƏL

Səmayə Məmmədova: "İdmançı üçün onlayn məşqdən ağır heç nə ola bilməz"

Keçən ilin sonlarından bütün dünyanı təhdid edın koronavirus pandemiyası həyatımızın bütün sahələrinə öz mənfi təsirini göstərdi. Demək olar ki, hər bir sahədə pandemiyanın mənfi fəsadlarını hiss etdik. Pandemiyanın ciddi şəkildə təsir göstərdiyi sahələrdən biri də gənclərlə iş, o cümlədən idman sahəsi oldu. Vəziyyət kifayət qədər təhlükəli hədd aldığından ümumilikdə dünya üzrə bütün beynəlxalq idman yarış və turnirləri təxirə salındı. Hətta tarixində ilk dəfə olraq Olimpiya Oyunlarının vaxtı da ertələndi. Bütün bu proseslər təbii ki, Azərbaycanda da idman, o cümlədən gənclərlə iş sahəsində öz mənfi təsirini göstərdi.  Düzdür, mövcud vəziyyəti nəzərə alaraq bu sahəyə məsul olan dövlət qurumu pandemiya şəraitinə uyğun olaraq müəyyən tədbirlər həyata keçirdi, işlər gördü. Biz də Gənclər və İdman Nazirliyinin pandemiya zamanında gördüyü işlər, həyata keçirdiyi tədbirlərə nəzər yetirmək üçün nazirliyin mətbuat katibi Səmayə Məmmədova ilə söhbətləşdik. "OLAYLAR"-a verdiyi müsahibədə GİN rəsmisi ötən müddət ərzində istər gənclərlə iş, istərsə də idman sahəsində görülən işlərdchr("39")n danışıb.

- Səmayə xanım,  bütün dünyanı bürüyən koronavirus pandemiyası Gənclər və İdman Nazirliyinin fəaliyyətinə hansı mənfi fəsadları törətdi və bu fəsadların aradan qaldırılması istiqamətində nazirlik hansı addımlar atdı, tədbirlər həyata keçirdi?

-Heç şübhəsiz ki, koronavirus pandemiyası istər idman, istərsə də gənclər sahəsinə öz mənfi təsirini göstərdi. Ancaq bu mənfi təsir idman sahəsində özünü daha ciddi şəkildə büruzə verdi. Nə üçün? Çünki gənclər sahəsini əhatə edən layihələr operativ şəkildə onlayn formatda həyata keçirilə bildi. Bizim elə layihələrimiz var idi ki, onları onlayn formatda reallaşdırdıq. Məsələn, bu sıraya "Heydər Əliyev gənc liderlik məktəbi", "Tələbə baharı" layihələri, "İdeya var" yarışması, "Armudu" layihəsi və digər bu kimi layihələri, həmçinin gənclər təşkilatları ilə görüşləri onlayn formatına keçirdik.

Bu bir danılmaz faktdır ki, koronavirus pandemiyası idman sahəsinə çox ağır bir şəkildə təsir göstərdi. Bakıda keçirilməsi nəzərdə tutulan mühüm idman yarışları, karate üzrə böyüklər arasında  55-ci Avropa çempionatı, cüdo üzrə turnir və s. yarışları qeyd edə bilərəm ki, təxirə salındı. Onu da xatırladım ki, hər iki yarış Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan yarış idi. Tarixdə ilk dəfə olaraq Olimpiya Oyunları növbəti ilə keçirildi. İdmançılar üçün məşq zalları bağlanıldı, idman qurğularının fəaliyyəti dayandı. İdmançı üçün onlayn məşqdən ağır heç nə ola bilməz. Çünki elə idman növləri var ki, orada sən istəsən də, istəməsən də, mütləq sənin tərəf müqabilin olmalıdır. Boks, güləş, cüdo və s. idman növlərinin hər birini bu sıraya aid edə bilərik. Bildiyiniz kimi, karantin elan ediləndən və Olimpiya Oyunlarının növbəti ilə keçirilməsi barədə qərar qəbul olunandan sonra Gənclər və İdman Nazirliyi Milli Olimpiya Komitəsi ilə birlikdə bəyanat hazırladı.

-Nazirliyin əsas istiqamətlərindən biri də gənclərlə işdir. Bu baxımdan GIN gənclərlə işi necə təşkil etdi və onların fəaliyyətinin daha da stimullaşdırılması məqsədilə hansı layihələr reallaşdırdı?

-Pandemiya dövrünün tələblərinə uyğun olaraq gənclərlə işi onlayn formatda təşkil etdi.  İlk dəfə olaraq gənclər təşkilatları ilə böyük bir iclas keçirdik. Gənclər və idman naziri Azad Rəhimov ilk dəfə olaraq müxtəlif sahələri əhatə edən gənclərlə görüşdü.  Bu onlayn iclasla Gənclər və İdman Nazirliyi bir ilkə imza atdı. Müxtəlif sahələri, gənclər təşkilatlarından tutmuş, xaricdə təhsil alan gənclərə qədər hər birini özündə cəmləşdirən onlayn iclasda biz postpandemiya dönəmində hansı işləri görəcəyimizi müəyyənləşdirdik. Həmçinin, nazir Azad Rəhimov onlayn formatda şəhər və rayonların idarə rəisləri ilə görüşdü, gənclər təşkilatlarının böyük bir forumu oldu. Yəni hər bir istiqamətdə, istər yaradıcı gənclər, istər elm, istərsə də idman sahəsini təmsil edən şəxslərlə onlayn formatda iclaslar, toplantılar keçirildi.

Məsələn, 03 və 08 aprel 2020-ci il tarixlərdə Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin 2 onlayn iclası keçirildi. İclaslarda "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası" və "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə" Dövlət Proqramının 2020-ci il üçün icrası, elan olunmuş karantin dövründə nazirliyin və onu alt sturkturlarının fəaliyyəti, gənclər üçün yerli və respublika səviyyəsində onlyan formatda gənclərin vətənpərvərlik tərbiyəsi işinin təşkili, intellektual inkişaf, yaradıcı və istedadlı gənclərlə iş, asudə vaxtın səmərəli təşkili, gənclərə yeni biliklərin verilməsi, gənclər üçün rəqəmsal məhsulların təkmilləşdirilmısi, müxtəlif müsabiqələrın keçirilməsi, eyni zamanda əhali arasında maarifləndirmə işlərinin aparılması, könüllülərin fəaliyyəti, müvafiq sahələr üzrə normativ-hüquqi sənədlərin təkmilləşdirilməsi və ya yenilərinin hazırlanması və s. cari məsələlər müzakirə olundu.

26 iyun - Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü ilə əlaqədar Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası və Gənclər və  Idman Nazirliyinin birgə təşkilatçılığı ilə   "Gənclər arasında narkomanlığa qarşı mübarizənin gücləndirilməsi" mövzusunda  onlayn konfrans təşkil olundu. Tədbirdə Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Əhmədov, Azərbayсan Respublikasının Gənclər və İdman naziri Azad Rəhimov, Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini, Gənclər və İdman Komitəsinin sədri Adil Əliyev, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, polis polkovniki İslam Hümbətov, "Narkotiklərə qarşı təbliğat" İctimai Birliyinin sədri, Milli Məclisin deputatı Məzahir Əfəndiyev, Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun Prezidenti, Dövlət Komissiyasının üzvü Rauf Zeyni, İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Məryəm Məcidova və digər şəxslər iştirak ediblər.

Eyni zamanda Gənclər və İdman Nazirliyi ilkə imza ataraq "Dünya və gənclər yeni şəraitdə" başlıqlı forumda gənc millət vəkillərini, İKT, biznes sahələrində çalışan, xaricdə təhsil alan, gənc alimləri,  gənclər təşkilatları, regionlardan olan 100-dən çox gənci online formatda bir araya gətridi.

İki saat yarım müddətində keçən forumda Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev dünyanı bürüyən koronavirus pandemiyası dövründə bir çox dövlətlərin idarəetmə menecmentindəki boşluqlar və bundan irəli gələn problemlər haqqında danışdı. Nazir müavini  ölkə başçısı  cənab İlham Əliyevin rəhbərliyi altında bu dövrdə qabaqlayıcı tədbirlərin zamanında atılması  nəticəsində ölkənin bu sınaqdan layiqincə keçdiyini xüsusi olaraq diqqətə çatdırdı.

-İdman zallarının karantin qaydaları səbəbindən bağlı olması idmançılarımızın təlim məşq toplantılarının keçirilməsinə də mənfi təsir göstərdi və şübhəsiz ki, bu da idmançılarımızın pandemiyadan sonrakı idman yarışlarındakı uğur qazanmasına təsirsiz ötüşməyəcək. Nazirlik bu mənfi tendensiyanı necə aradan qaldırmaq və idmançılarımızın öz potensiallarını, çəki və formalarını saxlaması üçün nələri düşünür, bunun  yolunu nədə görür?

-Təbii ki, elədir. Nəzərə almaq lazımdır ki, bizim başqa variantımız yox idi. Çünki ölkə ərazisində karantin elan ediləndən sonra qanun hər kəs üçün qanun idi. İdman zalları, idman qurğularının bağlanılması təbii ki, məşqlər, təlim məşq toplantılarına öz mənfi təsirini göstərdi. Ancaq Gənclər və İdman Nazirliyinin, eyni zamanda nazir Azad Rəhimovun apardığı danışıqlar nəticəsində dayaq idman növləri hesab edilən güləş, boks, cüdo, taekvando idman növləri üzrə təlim məşq toplantılarına icazə verildi. Çünki həmin idman növləri Olimpiya Oyunlarına dayaq idman növləridir. Ancaq orada da müəyyən şərtlərin qorunması vacib idi. Belə ki, adlarını qeyd etdiyim idman növləri üzrə təlim məşq toplantılarına daxil olan idmançılar, ümumilikdə komanda idman zalına daxil olmadan öncə bütünlüklə yoxlamadan keçirilir, hər birindən test götürülür və bütün komandanın üzvlərinin testləri neqativ çıxandan sonra idmançılar həmin kompleksə daxil olurdular. Həmin idman kompleksinin istər oteli, istər yeməkxanası, istərsə də digər obyektləri idmançılar həmin ərazidə məşqdə olarkən, həmçinin sadaladığım məkanlardan istifadə edərkən xüsusi nəzarətdə olurdu. Həm də idmançılar həmin idman kompleksini tərk etməmək şərti ilə orada məşqlərini davam etdirirdilər. Həmin idmançılar təlim-məşq müddətində kompleksdən çıxa bilməzdilər. Çünki onların ərazini tərk etməsi böyük təhlükə, risk idi. Yəni, bu şərtlər altında komandalar orada öz məşqlərini davam etdirə bilirlər. Nazirlik olaraq çalışırıq ki, idmançılar öz formalarını saxlasınlar. Hazırkı dönəmdə uzunmüddətli məşqlər gedir. Çünki karantinin nə vaxt bitəcəyi və yarışların nə zaman başlayacağını bilmədyimiz üçün məşq prosesləri fərqli bir şəkildə, uzunmüdətl bir proses üçün qurulub. Onu da qeyd edim ki, pandemiya dövründə nazirlik veteran idmançıları da unutmadı, onlara dəstək oldu. Belə ki, Gənclər və Idman Nazirliyinin təşkilatçılığı, Azərbaycan İdman Könüllüləri İctimai Birliyinin 30-dan artıq  könüllüsünün iştirakı  ilə Bakı şəhəri və Bakı ətrafı qəsəbələrdə yaşayan 70-dən artıq idman veteranına yardım göstərildi.

 -Bəs, Gəınclər və İdman Nazirliyi postpandemiya dövrünə hazırdırmı?

-Əslində bu forsmajor bir vəziyyət idi və heç kim hadisələrin bu cür cərəyan edəcəyini bilmirdi, gözləmirdi. Hər kəs kimi biz də çalışdıq ki, hadisələrin necə cərəyan etməsindən asılı olmayaraq operativ şəkildə işimizi quraq və fəaliyyətimizi onlayn formata keçirək. Əsas məqsəd ondan ibarət idi ki, gənclərin bu dönəmdə aktivliyini təmin edək. Onları nazirliyin həyata keçirdiyi layihələrdən kənarda qoymayaq. Gənclər pandemiya dönəmində passivləşməsinlər, proseslərdən geri qalmasınlar.  Bilirsiniz ki, nazirliyin fəaliyyətində gənclər siyasətinin müstəsna və önəmli rolu var. Nazirliyin fəaliyyətindəki gənclər siyasətini biz daha da aktivləşdirək. Bu gün də çox böyük layihələrimiz onlayn formatda uğurla həyata keçirilir. Kifayətqədər uğurlu, peşəkar və perspektivli gənclərimiz bizim həyata keçirdiyimiz layihələrə cəlb olunur. Hazırkı vəziyyət, ümumi durum bundan ibarətdir.

Süleyman İsmayılbəyli

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31