Mədəniyyət
Nura Suri və DJ Matuyadan yeni hit: “Şans ver” - VİDEO
"Olaylar" az xəbər verir ki, tanınmış estrada müğənnisi, cazibədar Nura Suri qısa fasilədən sonra repertuarına yeni mahnı daxil edib. O, məşhur rusiyalı DJ Matuya ilə birgə “Şans ver” adlı mahnısını duet şəklində səsləndirib.
Bəstəkar müğənni kimdən bağışlanmağını istəyir? - VİDEO
Şou-biznesdə bir çox ulduzların mahnılarını bəstələyən azərbaycanlı bəstəkar Muxtar Abseynov yeni mahnı oxuyub. Olaylar.az-a açıqlama verən bəstəkar-ifaçı bildirib ki, müəllifi olduğu “Bağışla” adlı bəstəni lentə aldırıb: “Ümumiyyətlə mahnı oxumaqda məqsədim o deyil ki, müğənni olum, toylara gedim. Sadəcə bəstələdiyim mahnını özüm də oxumaq qərarına gəlmişəm. Mahnı oxumağa bir hobbi kimi yanaşıram. İfalarımdan ibarət yeni albom çıxartmaq niyyətindəyəm. Artıq həmin albom üçün bir neçə mahnı oxumuşam. Onlardan ən sonuncusunu əməkdar artist Sevda Ələkbərzadə ilə “Gözlərimi bağla” adlı bəstəmi duet oxumuşuq. Bu duet də dinləyicilər tərəfindən sevildi. Qarşıda daha bir neçə mahnılar var. Düşünürəm ki, sonda gözəl bir albom ərsəyə gələcək”.
Eldəniz Məmmədov Nisə Qasımova ilə anlaşılmazlığa aydınlıq gətirdi
Müğənni Eldəniz Məmmədov xalq artisti Nisə Qasımova ilə yaşanan qalmaqala aydınlıq gətirib. O, Olaylar.az-a açıqlamasında bildirib ki, sənətkara böyük hörməti və sevgisi var. Məclislərin birinə həmkarı Zemfira İbrahimova ilə gələn Eldəniz Nisə xanımı görmədiyini deyir.
Vaqif Mustafazadəyə həsr olunmuş sənədli filmin təqdimatı keçiriləcək
Nizami Kino Mərkəzində virtuoz caz ifaçısı Vaqif Mustafazadəyə həsr olunmuş sənədli filmin təqdimatı keçiriləcək. Bu barədə məlumat “OLAYLAR”-a Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən daxil olub. Bildirilib ki, Mədəniyyət və Turizm Nazirliyi və BP Azərbaycan şirkəti tərəfindən hazırlanmış film “Mənim tanıdığım Vaqif” adlanır. Tammetrajlı sənədli filmi ictimaiyyətə təqdimatında nazirliyin rəsmiləri, Vaqif Mustafazadənin yaxınları və caz həvəskarları iştirak edəcək.
İbrahim Tatlısəs nişanda Günelə nə hədiyyə etdi? - Atası AÇIQLADI
Ötən gün müğənni Günel Zeynalovanın Türkiyədə nişan mərasimi keçirilib. Olaylar.az aznews.az-a istinadən bildirir ki, bu barədə sənətçinin atası Rəhman Zeynalov məlumat verib. Onun sözlərinə görə, nişan mərasiminə ailəyə yaxın qonaqlar dəvət olunublar: "Nişan mərasimi çox gözəl keçdi. Böyük bir orkestr və tanınan sənətçilər dəvət olunmuşdular. Çox adama əziyyət vermədik".
“Sarı gəlin” səhnələşdirilmiş şəkildə tamaşaçılara təqdim olunacaq
Gənclər və İdman Nazirliyi tərəfindən gənclər arasında mədəni irsin təbliğ edilməsi, xalqımızın dünya musiqi xəzinəsinə bəxş etdiyi “Sarı gəlin” mahnısının yaranma tarixini faktlar əsasında dəqiqliyi ilə tamaşaçılara daha yaradıcı şəkildə təqdim etmək məqsədi ilə oktyabrın 27-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında layihənin təqdimatı keçiriləcək.
Azəri Günel özünə həm nişan, həm doğum günü elədi
Tanınmış müğənninin ən xoş günü. Primetime.az xəbər verir ki, bu gün Türkiyədə yaşayıb, fəaliyyət göstərən tanınmış müğənni Azəri Günelin doğum günüdür. 31 yaşı tamam olan müğənni ötən gün qardaş ölkədə özünə təmtəraqlı məclis qurub.
Aygün Kazımova: "Adam öldürmürük ki, haram yolla pul qazanaq..." - VİDEO
ATV-də yayımlanan "10-dan sonra" verilişində xalq artisti Aygün Kazımova qonaq olub. Olaylar.az ATV.az-a istinadən bildirir ki, o, Elza Seyidcahan və Şəhla Həmidova arasında baş verən qalmaqala son qoyub: "Çalışanda uğur qazanmaq olur. Halal yolla qazanırıq. Adam öldürmürük, kimsənin cibinə girmirik ki, haram yolla pul qazanaq. Ola bilər ki, gözü götürmür".
Namiq Qaraçuxurlu Aygün Kazımovaya sərt cavab verdi
Yaxın keçmişin tanınmış meyxanaçısı, artıq neçə müddətdir ki, yalnız müğənniliklə məşğul olan Namiq Qaraçuxurlu xalq artisti Aygün Kazımovanın ittihamlarına sərt cavab verdi.
Xalq artistinin ayaqları tutuldu - Xəstəxanaya yerləşdirildi
Əməkdar incəsənət xadimi, "Şöhrət" ordenli rejissor, Muğam teatrının keçmiş rəhbəri Arif Qazıyevxəstəxanaya yerləşdirilib.
Nisə Qasımovaya həmkarları tərəfindən hörmətsizlik edildi
Xalq artisti Nisə Qasımova əsəbləşib, sükutu pozdu. SİA-nın məlumatına görə, o, verilişlərin birində gənc müğənnilərin ona qarşı etdiyi xoşagəlməz hadisədən söz açıb: "Mərasimlərin birində gənc ifaçılar Eldəniz Məmmədovla Zemfira Zeynalova məni görüb, salam vermədi. Onların bu hərəkəti məni çox əsəbləşdirdi".
Nadir Qafarzadə Polad Bülbüloğluya niyə müraciət edib? - VİDEO
Müğənni Nadir Qafarzadə yaradıcılığındakı yenilikdən danışıb. “Olaylar”az-a açıqlama verən ifaçı bildirib ki, xalq artisti Polad Bülbüloğlunun repertuarından “Prixodi” (Gəl) adlı mahnını ifa edib: “Ümumiyyətlə mən Polad bəyin bəstələrinə heyranam.
Rəqsanədən boşanma xəbərlərinə münasibət
Müğənni Rəqsanə İsmayılova boşanması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. Axşam.az-ın məlumatına görə, sənətçinin həyat yoldaşının üzü görünməyən formada çəkilən şəkillərini İnstaqramdan silməsi iddia olunmuşdu.
İlhamə Quliyevaya brilyant verənlərə cavab: ""Duxu"nuz çatırdısa..."
Şou-biznesin tanınmış nümayəndələri xalq artisti, mərhum sənətkar İlhamə Quliyevaya ad günündə bahalı hədiyyələr bağışladıqlarını etiraf ediblər.
Səidədən Elnarəyə: "Başını üzərəm"
Müğənni Səidə Sultanla Elnarə Xəlilova arasındakı qalmaqal daha da böyüyüb. Olaylar.az axşam.az-a istinadən bildirir ki, E.Xəlilova açıqlama verərək Səidəni "W-trio" qrupuna onun gətirdiyini bildirib.














