Mədəniyyət

Əməkdar atrist özünü Beren Saatla müqayisə etdi: "O pula Türkiyədə 4 ev almaq olar"... -  Video

1 Avqust 2017 14:18

Əməkdar artist, tanınmış aktyor Rasim Cəfər sosial şəbəkədə paylaşdığı maraqlı statusla diqqət çəkib: “Aktrisa Beren Saat “Kazino” adlı yeni seriala dəvət alıb. Artıq müqavilə də imzalanıb. Berenin hər bölüm üçün 120 min lira (təxminən 58 min AZN) alacağı bildirilir. Bununla da Saat serialdan hər ay 480 min lira (təxminən 230 min AZN) gəlir əldə edəcək. Məlumata əsasən, bu pulla Türkiyədə 4 ev almaq mümkündür. Sonra da deyirlər ki, oyna. Ə nətər oynayağ eee…”.

Qalina Şurayeva Gənc Tamaşaçılar Teatrında

1 Avqust 2017 13:40

Gənc Tamaşaçılar Teatrının direktoru Mübariz Həmidov ölkəmizdə səfərdə olan B.Basanqov adına Kalmık Milli Dram Teatrının baş direktoru Qalina Şurayeva ilə görüşüb. Teatrdan “Olaylar” – a bildirilib ki, görüş zamanı iki teatr arasında davam edən yaradıcılıq münasibətlərinin gələcəkdə daha böyük layihələrlə davam etdiriləcəyi ətrafında məsələlər müzakirə edilib. Azərbaycan Kalmıkiya mədəni əməkdaşlığında teatrların rolu, qastrol səfərlərinin tamaşaçılar tərəfindən maraqla qarşılanmasının təqdirəlayiq hal olduğu vurğulanıb. Həmçinin Azərbaycan və Kalmıkiya arasındakı qarşılıqlı yaradıcılıq müqaviləsinin növbəti mövsümdə daha da genişləndirilərək maraqlı layihələrin, rejissor və tamaşa mübadilələrinin hər iki ölkə teatrları üçün əhəmiyyətindən danışılıb.

Rəqsanəni hədələyib 30 min istədilər

1 Avqust 2017 13:31

Müğənni Rəqsanə İsmayılovanı hədələyib 30 min pulunu istəyiblər. Özünü "vorzakon" kimi təqdim edən şəxs sosial şəbəkədə ona yazaraq, hədə-qorxu gəlib. Rəqsanə "bakılı_karinoy" adlı profilin şəklini və yazdıqlarını paylaşaraq, bunları qeyd edib: "Hansısa "razborşik"dir, bütün müğənnilərdən pul tələb edir. Məndən də 30 min manat istəyir. Verməsəm, yaxud polisə müraciət etsəm, məni yatdığım yerdən götürəcəklər. Baxın görün nə qədər qudurmuş, harınlamış insanlar var. Utanıb yerə girmirlər. Ən azından hörmət qazanan yaxşı oğlanların adını bunlar batırır. 

Mənzil-muzeydə “Açıq qapı” günü 

1 Avqust 2017 09:32

Xalq Artisti, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatları və C.Nehru adına beynəlxalq mükafat laureatı maestro Niyazinin vəfatından 33 il ötür. Bu münasibətlə Azərbaycan Dövlət Musiqi Mədəniyyəti Muzeyinin və Niyazinin mənzil-muzeyinin kollektivi Fəxri xiyabanda maestronun məzarını ziyarət edəcək. Bundan başqa, Niyazinin mənzil-muzeyində “Açıq qapı” günü təşkil olunacaq.

Rəqsanə 30 ildən sonra qardaşını tapdı

31 İyul 2017 17:11

Müğənni Rəqsanə İsmayılova 30 ildən sonra qardaşını tapıb. Sənətçi "Xəzər maqazin"ə açıqlamasında deyib ki, qardaşı atasının ikinci evliliyindən dünyaya gəlib: "Bir gün mənə mesaj gəldi ki, qardaşınam və şəklini atdı.

"Məşhurların açıq-saçıq geyimələrə daha çox müraciət etmələrinə səbəb nədir?"- SORĞU

31 İyul 2017 14:30

Hazırda yay mövsümü olduğu üçün və ya müxtəlif səbəblərə görə insanlar daha çox açıq-saçıq geyimlərə üstünlük verirlər. Adi vətəndaşlarla yanaşı şou-biznes nümayəndələri də yarıçılpaq paltarlar geyinməyi sevirlər.

Türkoloqun irihəcmli əsərləri çap olundu

31 İyul 2017 13:17

Akademik Tofiq Hacıyevin “Seçilmiş əsərləri” (II cild) adlı kitabı çapdan çıxıb. “Elm” nəşriyyatında çap olunan kitabın redaktoru akademik Nizami Cəfərovdur. Kitab müəllifin türkologiya sahəsindəki irihəcmli araşdırmalarını özündə cəmləşdirir. Nəşrə “Orxon dastanlarının şeir sənətkarlığı”, S.Kramerin “Tarix Şumerdə(n) başlayır”, Mikayıl Baştunun “Şan qızı dastanı”, Seyid Əhməd Cəmaləddin İbn Mühənnanın “Hilyətül-insan və həlbətül-lisan” əsərləri haqqındakı yazılar və  müəllifin “Türklər üçün ortaq ünsiyyət dili” adlı monoqrafiyası daxil edilib.

İlqar Muradov – “Müdrik Yarat”

31 İyul 2017 13:04

Avqystun 4 – də YARAT İncəsənət mərkəzində növbəti görüş keçiriləcək. Mərkəzin “Müdrik YARAT” layihəsinin  qonağı əməkdar artist İlqar Muradov olacaq. Mərkəz bu dəfə əməkdar artistlə birgə “Yaxşı yox, pis yox, sadəcə fərqli”  mövzusunda müzakirələr aparacaq.

Culian Barnsın məşhur romanı Azərbaycan dilində

31 İyul 2017 10:18

Məşhur ingilis yazıçısı Culian Barnsın 2011-ci  dünyanın ən nüfuzlu ədəbiyyat ödüllərindən sayılan “Buker” mükafatına layiq görülmüş “Aqibət duyğusu” romanı Azərbaycan dilində çap edilib. Kitabın tərcüməçisi “Dünya ədəbiyyatı” jurnalının baş redaktoru, ədəbiyyatşünas, tərcüməçi Seyfəddin Hüseynlidir. Kitab “TEAS Press Nəşriyyat evi” tərəfindən çap edilib. Culian Barns məşhur ingilis yazıçısı, esseisti və ədəbiyyatşünası, postmodernist ədəbiyyatın ən görkəmli nümayəndələrindən biridir. 1946-cı il, yanvarın 19-da İngiltərənin mərkəzi hissəsindəki Lester şəhərində doğulub. 1957-1964-cü illərdə London Şəhər məktəbində, sonra isə Oksford Universitetinin “Maqdalena” kollecində, müasir Qərbi Avropa dillər üzrə fakültədə oxuyub. 1968-c i ildə universiteti fərqlənmə ilə bitirən Culian Barnsın ilk bədii yazıları əsasən “Dən Kavana” təxəllüsü ilə nəşr etdirdiyi detektiv tipli hekayələr olub. Barns bir ara həyat yoldaşı Pət Kavananın soyadını özünə təxəllüs götürmüşdü.

"Daha yaxşı bir dünya xəyal et" adlı müsabiqə

30 İyul 2017 16:38

Avropa Birliyinin nümayəndə heyəti "Xəyal et Avropa Tolerantlıq" festivalı çərivəsində Azərbaycanda "Daha yaxşı bir dünya xəyal et" adlı video və foto müsabiqə təşkil edir. Azərbaycan Fotoqraflar Birliyindən "Olaylar" - a bildirilib ki, müsabiqənin keçirilməsində məqsəd gənc film tərtibatçıları və fotoqrafların öz işləri vasitəsiylə tamaşaçıları ictimai məsələlərə və problemlərə dair daha geniş formada məlumatlandırmaqdır. Qeyd olunmuş mövzudan uzaq olan, eyni zamanda zorakılıq, pornoqrafiq və siyasi xarakter daşıyan foto və videolar müsabiqədən kənarlaşdırılacaq. Fotoraflar Birliyinin rəhbəri Mirnayib Həsənoğlu müsabiqə haqqında qısa məlumat verərkən qeyd etdi ki, müsabiqə iyul ayında müxtəlif media kanalları və sosial şəbəkələr vasitəsi ilə elan olunacaq.

“YARAT” -da görüş olacaq

30 İyul 2017 09:46

Avqustun 2-də “YARAT” Müasir İncəsənət Mərkəzində Xalq Artisti Fəxrəddin Manafovla görüş keçiriləcək. Milli Kino Gününə həsr edilmiş görüşdə kinomuzun bugünkü vəziyyəti, habelə bu sahədə maraq doğuran digər mövzular müzakirə ediləcək. Həmin gün qonaqlar aktyorun rol aldığı “Təhminə” filmini izləyəcəklər. Ekran əsərinin nümayişindən sonra filmdəki ssenari və cərəyan edən hadisələr birlikdə təhlil olunacaq.

“Nar bağı” mükafatlara layiq görüldü mükafatlara layiq görüldü

29 İyul 2017 19:17

Kinorejissor və kinossenarist İlqar Nəcəfin “Nar bağı” bədii filmi 13-cü Avrasiya Beynəlxalq Film Festivalında mükafatlarla təltif olunub. Kinostudiyadan "Olaylar" - a bildirilib ki, Qurban İsmayılov “Ən yaxşı kişi rolu” mükafatına, film isə “Münsiflər heyətinin xüsusi mükafatı” və FIPRESCI (Beynəlxalq Kinotənqidçilər Federasiyası) tərəfindən “Xüsusi vurğulama”ya layiq görülüb. Film festivalın əsas müsabiqə proqramında təqdim olunub. “Nar bağı” bədii filmini Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası və “Buta Film” kino şirkəti birgə istehsal edib. Filmin ssenari müəllifləri Asif Rüstəmov, İlqar Nəcəf, Roelof Jan Minneboo, quruluşçu rejissoru İlqar Nəcəf, quruluşçu operatoru Ayhan Salar, quruluşçu rəssamı Rafiq Nəsirov, bəstəkarı Firudin Allahverdi, icraçı prodüseri Akif Əliyev, prodüserləri Müşfiq Hətəmov və İlqar Nəcəfdir.