Mədəniyyət
Onlar mükafatlandırılacaq
Avqustun 2 – si Milli Kino Günü ilə əlaqədar olaraq Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı bir qrup kino xadimlərinə uzun müddətli səmərəli fəaliyyətlərinə görə pul mükafatları təqdim edəcək. “Olaylar” İttifaqa istinadən bildirir ki, mükafatlar veteran və yubiliyar kino xadimlərinə təqdim olunacaq. Yubiliyarlara mükafat olaraq 450, veteranlara isə 200 manat məbləğində mükafat ayrılıb. Mükafatçı yubiliyarlar: Xalq artisti Yalçın Heydər oğlu Əfəndiyev, xalq rəssamı Rafiq Əliş oglu Nəsirov, Əməkdar İncəsənət xadimləri Rəfail Əli oğlu Qəmbərov, Ənvər Abbasqulu oğlu Əbluç.
Müğənnilərin toy qiymətləri – Yeni siyahı
Müğənnilərin toy qiymətləri hər zaman aktual mövzulardan olub. Lakin ölkədə baş verən müəyyən valyuta və qiymət dəyişiklikləri az da olsa, ulduzların toy qiymətlərinə təsir edib.
ECHO Klassik 2017 Mükafatının sahibi – Fazil Say
25 – cisi təşkil edilən ECHO Klassik musiqi mükafatına məşhur türtkiyəli pianoçu və bəstəkar Fazil Say layiq görülüb. Bu haqda bəstəkar öz sosial şəbəkə hesabından məlumat verib. Festival Salzburgun məşhur konsert salonu Mozarteumda təşkil olunub. Qeyd edək ki, bu günə qədər dörd dəfə ECHO Mükafatının sahibi olan Fazıl Say daha əvvəl 2012-ci ildə "İstanbul Senfonisi" əsəri ilə, 2008-ci ildə skripka sənətçisi Patricia Kopatchinskaja ilə ifa etdiyi "Say Kopatchinskaja: Beethoven Ravel Bartok Say" albomu ilə ən yaxşı kamera musiqisi mükafatına, 2001-ci ildə isə Stravinski 'Bahar Ayini' qeydi icrası ilə ən yaxşı şərhçi mükafatını almışdı.
XIX əsrə aid tikmə nümunələri təqdim olunacaq
Sentyabrın 4 və 20 – də Azərbaycan Xalça Muzeyində kaytaq və usişin tikmə nümunələrindən ibarət sərgi təşkil olunacaq. Muzeydən “Olaylar” – a bildirilib ki, müasir müəllif işləri ilə yanaşı, XIX əsrə aid bir neçə tikmə nümunəsi də təqdim olunacaq. Parça, tikmə və milli geyimlərin bərpası “Azərbaycanın mədəni sərvəti” layihəsinin bir proqramıdır. Proqram YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, Mədəniyyət və Turizm Nazirliyi, Xalça Muzeyi və ICOM Azərbaycan Milli Komitəsinin birgə təşkilatçılığı ilə həyata keçirilir.
Muzeydə ustad dərsləri
Sentyabrın 4 və 20 – də Xalça Muzeyində “Azərbaycanın mədəni sərvəti” layihəsi çərçivəsində Dağıstanın tanınmış kaytaq və usişin tikmə növləri üzrə mühazirələr və ustad dərslər təşkil olunacaq. Muzeydən “Olaylar” – a bildirilib ki, dərslər tikmə və geyim üzrə bərpaçı-mütəxəssis, kolleksioner, müstəqil sərgi kuratoru Raisat İsmayılova tərəfindən keçiriləcək. R. İsmayılova 1996-cı ildən A. Taxo-Qodi adına Dağıstan Dövlət Birləşmiş Tarix və Memarlıq Muzeyində, 2011-2015-ci illərdə P.S. Həmzətova adına Dağıstan Təsviri İncəsənət Muzeyində və Etnik Mədəniyyət Mərkəzində çalışıb, bir sıra sərgilərin kuratoru və nəşr layihələrə rəhbərlik edib. Hal-hazırda bacısı Cəvqərət Monakova ilə birgə Dağıstanın qədim tikmələrindən biri sayılan kaytaq və usişin tikmə növləri üzrə ustad dərslər keçirir, XIX əsrə aid nadir tikmə növlərindən ibarət zəngin kolleksiyaya malikdir.
Nisə Qasımova: "Yerli seriallarımızı görəndə kanalı çevirirəm"
"İndi veriliş aparmaq dəb halını alıb. Mən bu dəbdə olmaq istəmirəm. İstəyirəm ki, yararlı aparıcı olum". Bu sözləri xalq artisti Nisə Qasımova deyib. Müğənni ATV-də yayımlanan və bir müddət əvvəl bağlanan "Mənim dünyam" proqramından danışıb.
Dünya ulduzu sarayda çıxış edəcək
Oktyabrın 18 – də dünya ulduzu Patrisiya Kaasın Azərbaycana səfəri gözlənilir. İfaçının Heydər Əliyev adına sarayada solo konserti ilə çıxış edəcəyi bildirilir.
“Jara” artıq başlayır
İyulun 28 – də Bakıda “Jara” Beynəlxalq musiqi festivalı start götürəcək. Dörd gün davam edəcək festivalda Qriqori Leps, Alla Puqaçova, Dima Bilan, Valeriya, LOBODA, Kristina Orbakayte, Filip Kirkorov, Sofiya Rotaru, Ani Lorak, Emin, Lolita, Vera Brejneva, Oleq Qazmanov və digər meqaulduzların eyni səhnəni bölüşəcəyi “Jara” həm iştirakçı və tamaşaçı kontingentinə, həm də müddətinə görə keçənilkindən fərqlənəcək.
Belarus yazıçıları Azərbaycan dilində çap olundu
"Mütərcim" nəşriyyatı tanınmış Belarus yazıçıları Nikolay Çergineç, Ales Badak və Georgi Marçukun kitablarını Azərbaycan dilində çap edib. Kitabları Azərbaycan dilinə tanınmış yazıçı və tərcüməçi Kamran Nəzirli çevirib. Nikolay Çergineçin "Oğullar" adlı kitabına yazıçının eyniadlı romanı daxil edilib. Çergineç Belarus ədəbiyyatına ilk dəfə olaraq milis detektivi janrını gətirib, bir neçə kinossenari və teatr tamaşasının müəllifi, Beynəlxalq Yazıçılar Cəmiyyətinin, Rusiya və Belarus yazıçılar ittifaqlarının həmsədridir. Azərbaycan oxucusuna təqdim olunan "Oğullar" romanı mənasız "əfqan müharibəsi"ndən bəhs edir.
Film Komissiyasının fəaliyyəti müzakirə olundu
Nizami Kino Mərkəzində Azərbaycan Film Komissiyası modelinin tətbiqi ilə bağlı tədbir keçirilib . “British Council Azərbaycan” 2015-ci ilin aprel ayından etibarən Avropa İttifaqının Mədəniyyət və Yaradıcılıq Proqramını reallaşdırır. Proqram çərçivəsində “British Council” Azərbaycanda kinematoqrafiya sahəsinin inkişaf etdirilməsi məqsədilə Film Komissiyası modelinin yaradılmasını nəzərdə tutan layihə həyata keçirir. “British Council” təşkilatının Azərbaycan üzrə direktoru Elizabet Vayt bildirib ki, proqramın məqsədi mədəniyyət və yaradıcılıq sektorlarının Azərbaycan və Şərq Tərəfdaşlığı proqramına daxil olan digər beş ölkədə humanitar, sosial və iqtisadi inkişafa davamlı töhfəsinin dəstəklənməsidir. “British Council” və onun tərəfdaşlarının həyata keçirdiyi proqram 2018-ci ilədək davam edəcək.
Azərbaycanlı olduğunu danan Ququş İFŞA OLUNDU
Avqustun 31-də Ermənistanda konsert verməyə hazırlaşan, əsl adı Faiqə Atəşin olan Ququşun Azərbaycanda kəskin şəkildə təndiq olunduğunu xəbər vermişdik. Əslən cənubi azərbaycanlı olan, amma özünü iranlı kimi təqdim edən ifaçı haqqında xeyli müzakirələrdən sonra daha bir fakt üzə çıxıb.
Muğamımız qürur mənbəyimizdi
Hər bir sevilən ifaçının, xanəndənin uğuru onu müşayiət edən istedadlı musiqiçilərdən asılıdı. Əgər musiqiçi xanəndəni istedadla və ruhla müşayiət etməzsə, bu zaman xanəndənin səsinin, ifasının gözəlliyi tamaşaçıları ovsunlaya bilməz. İstedadlı tar ifaçısı Ədalət Behbudov və kamança ifaçısı Pərviz Fərhadov ifaları ilə həm özlərinin, həm də müşayiət etdikləri xanəndələrin sənət gücünü nümayiş etdirməyi bacarıblar.
Nazir vətəndaşları qəbul edəcək
Avqustun 1- də Mədəniyyət və Turizm naziri Şəki Dövlət Dram Teatrında Şəki şəhəri, Balakən, Qax, Oğuz və Zaqatala rayonlarından olan vətəndaşların qəbulu keçiriləcək.
“Nar bağı” təqdim olunacaq
Avqustun 2-də Nizami Kino Mərkəzində “Nar bağı” filminin təqdimatı olacaq. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında istehsal olunan filmin rejissoru İlqar Nəcəfdir.




.jpg)









