Mədəniyyət
Canlı aləmin qorunması üçün -“Canlı Aləm və Etika”
Avqustun 11 –də Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının və Fotoqraflar Birliyinin dəstəyi ilə “Canlı Aləm və Etika” adlı mətbuat konfransı keçiriləcək. Birlikdən “Olaylar” – a bildirirlir ki, məqsəd : Ətraf mühit, canlı aləmin qorunmasi hər hansı iş fəaliyyəti sahəsi kimi deyil, hər birimizin ən azından öz həyatımızın davamı naminə məsuliyyətimiz, həyat qarşısında insani borcumuzdur. Konfransda Dövlət Qeydiyyatından keçmiş, Heyvanlar Aləminin mühafizəsi sahəsində məsul və fəal olan təşkilatların Koalisiyası: Heyvanların Mühafizəsi Azərbaycan Cəmiyyəti, “Evsiz Heyvanların Müdafiəsi” Cəmiyyəti, “Alyans” Canlı Aləmin Mühafizəsi Cəmiyyəti və digərlər iştirak edəcəklər.
Gənc aktrisa vəfat etdi
Azərbaycanlı gənc aktrisa Mila Əminə vəfat edib. Sosial şəbəkədə aktrisanın dostlarının verdiyi məlumata görə 29 yaşlı aktrisa meningit xəstəliyindən dünyasını dəyişib. Beyninə çirk yığılan aktrisa bir müddət 1 saylı Şəhər Klinik Xəstəxanasında müalicə olunub. Lakin yaxınları bildirir ki, həkimlərin səhlənkarlığı ucbatından Milanın xəstəliyi daha da dərinləşib: "Həkimlər bizə demədən belindən su alıblar. Elə ondan sonra vəziyyəti daha da ağırlaşdı, Türkiyəyə apardıq. Orada da 4 xəstəxana gəzdik. Gözləri tutuldu, yeriyə bilmədi, komaya düşdü. Axırda özəl xəstəxanalardan birində əməliyyat etdilər və dedilər ki, vəziyyəti əvvəlkindən yaxşıdır. 5 gün keçdi üstündən. Bu gün də dedilər ki, beyin ölümü keçirib. Hazırda aparata qoşuludur. Sabah aparatdan ayıracaqlar".
“Kuklalar” “YARAT” - da nümayiş olunacaq
Avqustun 15-də “YARAT” Müasir İncəsənət Mərkəzində rejissor Çingiz Rəsulzadənin “Kuklalar” filmi nümayiş etdiriləcək. "Olaylar" bildirir ki, ssenari müəllifləri Çingiz Rəsulzadə və Ramiz Fətəliyev olan ekran əsərində hadisələr keçən əsrin 80-ci illərinin sonu - 90-cı illərin əvvəllərində Bakıda cərəyan edir. SSRİ-nin son günlərində altı gənc dost Dənizkənarı Parkda kukla geyimlərində şəkil çəkdirməklə pul qazanır. Onların həyatında hər şey ilk dəfə baş verir: məhəbbət, dostluq, xəyanət. Özləri dərk etdikləri kimi azad yaşamağa can atan bu gənclərin uşaqlıq dövrü sovet imperiyasının dağılması ilə bitir. Həmin gənclərin bir qismi müharibədə savaşmağa, digər qismi isə öz əvvəlki peşələri ilə məşğul olmağa üstünlük verir.
Faytonçu Nazim xəstəlikdən sonra bu hala düşdü
“Faytonçu” ləqəbi ilə tanınan azərbaycanlı müğənni Nazim Pişyari sosial şəbəkədə yeni şəklini paylaşıb. İfaçının çox arıqladığı diqqətdən qaçmayıb. Məsələ ilə bağlı müğənni ilə əlaqə saxlanılıb. Nazim bildirib ki, o uzun müddətdir xəstəliklə mübarizə aparır: “Hazırda İstanbuldayam. İlk əməliyyatım Bakıda oldu. Yaxşı olmadı. Daha sonra İstanbula gəldim. Burada əməliyyatla öd kisəmi götürdülər. Xeyli arıqlamağım əbəs yerə deyil. Kim mənim kimi 4 dəfə narkoz alsa, bu qədər arıqlayardı. İndi özümü yaxşı hiss edirəm”.
Aktrisanı təhqir etdilər: “Bədəni başdan-ayağa...” - VİDEO
Teatrı beynəlxalq festivalda
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı Bolqarıstanın Varna şəhərində keçirilən Beynəlxalq Monotamaşalar Festivalında ölkəmizi təmsil edib. “Olaylar” bildirir ki, festivalda rejissor Anar Sadıqovun əməkdar artist Ayşad Məmmədovun “İuda” monopyesi əsasında hazırladığı tamaşa nümayiş etdirilib.
Azərbaycanlı müğənninin yarımmilyonluq avtomobili
May ayında toy edib, özündən 16 yaş kiçik model xanımla evlənən, subaylığın daşını atan müğənni Xəyyam Nisanov istirahət üçün Azərbaycana gəlib. Bilgəhdə dincələn müğənni bahalı avtomobili ilə görüntülənib.
Lük Bessonun yeni filmi Park Cinemada
Park Cinema kinoteatrlar şəbəkəsində LaseR zalı və VIP Lounge-un təntənəli açılış mərasimi baş tutub. Lazer proyektoru ilə təchiz olunmuş yeni zalda məhşur “Leon”, “Beşinci element” və “Lüsi” filmlərinin əfsanəvi rejissoru Lük Bessonun “Valerian və min planetlər şəhəri” adlı fransız fanstastik filmi nümayiş olunub. Tədbirdə çıxış edən Park Cinemanın Marketinq üzrə direktoru Musa Axundov Park Cinema kinoteatrlar şəbəkəsinin daima ən son texnoloji yenilikləri izlədiyini və onları Azərbaycanda ilk olaraq quraşdırdığını vurğuladı. Musa Axundov Park Cinemanın kinosevərlərin daha komfortlu şəraitdə film izləyə bilməsi üçüm VIP Lounge yenidən istifadəyə verildiyini qeyd etdi.
Müğənnilər vergiyə necə cəlb ediləcəklər?
Vergilər Nazirliyi tərəfindən şadlıq evlərində, restoranlarda və digər ictimai iaşə obyektlərində musiqi, əyləncə və digər oxşar fəaliyyət, habelə fərdi foto, audio-video xidmətlərinin göstərilməsinə görə qeydiyyatın aparılması qaydaları müəyyən olunub. Nazirlikdən verilən məlumata görə, qaydaların müəyyən edilməısində məqsəd şadlıq evlərində, restoranlarda və digər ictimai iaşə obyektlərində müğənnilik və ya ansambl (qrup) formasında musiqiçilik fəaliyyəti göstərən şəxslərin əldə etdikləri gəlirlərin uçotunun aparılması və Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulmuş fəaliyyət növləri ilə fərdi qaydada məşğul olan şəxslərin müəyyənləşdirilməsi üçün Qeydiyyat kitabının tətbiqi, bu istiqamətdə zəruri tədbirlərin görülməsindən ibarətdir.
İttifaqdan “Yay” sərgisi
Rəssamlar İttifaqının V.Səmədova adına sərgi salonunda “Yay” adlı rəsm sərgisi açılıb. Sərgi Yaradıcı Qadınlar Assosiasiyası və Azərbaycan Rəssamlar İttifaqının birgə dəstəyi ilə təşkil olunub. “Olaylar” bildirir ki, tədbirdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektoru Səlhab Məmmədov və Milli Məclisin deputatı İlham Məmmədov sərginin əhəmiyyətindən danışıblar. Ekspozisiyada Yaradıcı Qadınlar Assosiasiyasının üzvü olan 60-dək fırça ustasının 150-dən çox sənət əsəri nümayiş olunub.
“Dəhliz” təqdim olunacaq
Avqustun 12 – si, saat 19:00 - da Bakı Film İnstitutunda İqrar Qurbanın “Dəhliz” filmi təqdim olunacaq. “Olaylar” bildirir ki, flim 5 yaşında olarkən Qarabağ müharibəsi zamanı ailəsi ilə Laçından Bakıya köç etmiş bir qadından bəhs edir. Köç həyatının, həmçinin də stereotiplərin yaratdığı çətinliklərdən danışan qadın, dəhlizdən çıxacağına ümüd edir.
Damla 500 manata görə Manaf Ağayevi aldatdı - "Sənin kim olduğunu deyəcəm..."
Müğənni Damla yenidən toyla bağlı qalmaqalla yadda qalıb. Müğənni dünən "Neolit" restoranında baş tutan toy üçün beh alsa da, toya gəlməyib. Müğənnilər Şəbnəm Əsədova və Manaf Ağayevin iştirak etdiyi toyda Damla bir saat çıxış üçün 1500 manat tələb edərək, 500-nü beh kimi öncədən alıb. Toya gəlmədiyi üçün qəzəblənən ev yiyəsi Damlaya görə beh verdiyi müğənni Manaf Ağayevlə mübahisə edib və bu azmış kimi toy qonorarını ödəməyib.
Röyadan çaşbaş salan paylaşım: "Gedəcəyəm, göylər məni çağırır..."
Müğənni Röya əhvalı qısa zaman ərzində sürətlə dəyişən məşhurlardandır. Bunu müğənninin sosial şəbəkə hesabından da sezmək çətin deyil. Sevilən xanım sənətçi sosial şəbəkədə ötən gün etdiyi bir paylaşımın şərh bölümünə "Gedəcəyəm, göylər məni çağırır... Daha yerdə gəzmək olmur, əzizim" qeydi ilə onu təqib edənləri çaşbaş salıb.
Məşhur əsər ƏSA- nın səhnəsində - “Adamlar və siçanlar”
Əsas heyəti fiziki məhdudiyyətli aktyorlardan ibarət ölkənin ilk inklüziv ƏSA Teatrı amerikan yazıçısı Con Steynbekin “Adamlar və siçanlar” əsərini səhnələşdirəcək. Teatrın baş meneceri Nicat Qulamın “Olaylar” – a bildirir ki, hazırlanan bu tamaşa teatrın bir illik fəaliyyətində sayca üçüncü olacaq. Fərqli quruluşa və estetikaya sahib olacaq səhnə əsərində 6-sı fiziki məhdudiyyətli olmaqla 8 aktyor iştirak edəcək. Tamaşanın quruluşçu rejissoru teatrının bədii rəhbəri Nihad Qulamzadədir.














