Mədəniyyət

"Şou bacarmırsınızsa, heç olmasa..." - Xatun söz atdı

14 Avqust 2017 18:34

Verilişimə elə gəlirlər ki, elə bil "Aşıq Pəri" məclisidir. Gülməli sual verirəm, başlayırlar akademik kimi cavab verməyə. Bəsdirin də, özünüzü mənə göstərməyin. Şou bacarmırsınızsa, heç olmasa səsiniz olsun.

"Ehtiyacı şəhərin ömrü boyu kəndə olub..." - Röya köhnə qalmaqalı alovlandırdı

14 Avqust 2017 13:39

Müğənni Röya Ayxanın sosial şəbəkə hesabından etdiyi son paylaşım böyük maraq kəsb edib.  Xanım sənətçi studiyada mikrofon qarşısında əyləşən ahıl kişinin qarşısında çəkdirdiyi fotosunu paylaşıb. Müğənni böyüklərə olan ehtiramını göstərdiyi bu paylaşıma yazdığı şərhlə səngiməkdə olan "bakılı-rayonlu" qovğasını yenidən alovlandıra bilər.

Bakıda Avropa Tolerantlıq Festivalı keçiriləcək

14 Avqust 2017 12:33

Oktyabrın 12-də Bakıda Avropa Tolerantlıq Festivalı keçiriləcək. Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin təşəbbüsü ilə reallaşacaq festival oktyabrın 20-dək davam edəcək. “Olaylar” bildirir ki, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyindən məlumat verilib.

Tanınmış rəssam vəfat etdi

14 Avqust 2017 12:02

Azərbaycanın tanınmış rəssamı Əsgər Əsgərov dünyasını dəyişib. “Olaylar” bildirir ki, Ə.Əsgərov 1948-ci ildə Bakı şəhərində anadan olub. 1969-cu ildə Bakı Dövlət Rəssamlıq Məktəbinə qəbul olub, 1973-cü ildə həmin məktəbi bitirib. 1975-1980-ci illərdə Azərbaycan Rəssamlıq Universitetində təhsil alıb. 1984-cü ildə SSRİ Rəssamlar İttifaqına, 1994-cü ildə isə Azərbaycan Rəssamlar İttifaqına qəbul olunub. 1973-cü ildə beynəlxalq və ümumrespublika sərgilərində, eləcə də Azərbaycanda və xaricdə rəsm, qrafika, sulu boya, heykəltaraşlıq sərgilərində iştirak edib. Onun işləri ABŞ, Fransa, İngiltərə, Türkiyədə keçirilmiş sәrgilәrdә nümayiş etdirilib.

“Retro Bakı”  - dab u həftə kimlər qonaq oldu?

14 Avqust 2017 11:36

Mədəniyyət və Turizm Baş İdarəsinin layihəsi əsasında Mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə Mərkəzin təşkilatçılığı ilə keçirilən “Retro Bakı” konsertləri paytaxt sakinləri və şəhərimizin qonaqlarına maraqlı anlar yaşadıb.

Tural Ağayev Polşalı rejissor Kşiştov Zanussinin filmində

14 Avqust 2017 10:13

Bakı Bələdiyyə Teatrının aktyoru Tural Ağayev Polşalı rejissor Kşiştov Zanussi tərəfindən filmə dəvət alıb. “Olaylar” bildirir ki, bu haqda aktyor sosial şəbəkə hesabından məlumat verib. Aktryorun sözlərinə rejissor onu Polşaya səfər zamanı nümayiş olunacaq tamaşanın son məşqində görüb və filminə dəvət edib. Tural Ağayev Kşiştov Zanussinin “Enter” filmində rol aldığını qeyd edib. Bu uğuruna görə Bələdiyyə Teatrının direktoru Amaliya Pənahovaya minnətdar olan aktyor bunları qeyd edib: “Burada olmağımın başlıca səbəbkarı Amaliya Pənahovadır.

Azəbaycanın rusdilli dövri mətbuat tarixindən bəhs edən kitab

14 Avqust 2017 09:49

“Elm və Təhsil” nəşriyyatında filologiya üzrə fəlsəfə doktoru Lalə Hacıyevanın “Azəbaycanın rusdilli dövri mətbuatının tarixindən (1871-1918)” monoqrafiyası işıq üzü görüb. “Olaylar” bildirir ki, monoqrafiya Azərbaycanda rusdilli mətbuatın təşəkkül və inkişaf tarixinin kompleks şəkildə, hərtərəfli öyrənilməsinə, təhlilinə və ümumiləşdirilməsinə həsr olunan ilk peşəkar araşdırmadır. Monoqrafiyanın əsas məqsədi XIX əsrin ilk qərinəsində Azərbaycanın Rusiya imperiyası tərəfindən işğalı nəticəsində baş vermiş ictimai-siyasi dəyişikliklər fonunda bölgədə rusdilli mətbuatın yaranmasının və yayılmasının ilkin şərtlərini aydınlaşdırmaq, onun təşəkkül və inkişaf qanunauyğunluqlarını aşkarlamaq, çar Rusiyasının əyalət mətbuatı ilə bağlı siyasətinin özəlliklərini nümayiş etdirməkdir.

Ondan sonra məni Vidadi obrazının məşqinə buraxmadılar...

13 Avqust 2017 16:05

Rola hazırlıq ərəfəsində onunla Akademik Milli Dram Teatrındakı otağında görüşdük. Bir neçə saat sonra “Almaz” tamaşasında Mirzə Səməndər obrazında səhnəyə çıxacaqdı. Əvvəl qrim otağına qalxıb, Mirzə Səməndər cildinə bürünməyinin şahidi olduq. Deyir, keçmiş illərdə qrimi özü edərmiş, müasir zamanın tələbi isə başqadır. O da zamana uyğunlaşıb, özünü peşəkar qrim ustasına həvalə edə bilir.

Fotoqraflar Birliyi və AMEA birgə müsabiqə ELAN EDİR

12 Avqust 2017 20:17

Azərbaycan Milli Elmlər Akademiyası N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının təşkilatçılığı və Azərbaycan Fotoqrafları Birliyinin dəstəyi ilə “Kainatı kəşf edək” adlı fotomüsabiqə elan edilir. Birlikdən “Olaylar” – a bildirilib ki, müsabiqə avqustun 11-dən sentyabrın 20-dək peşəkar fotoqraf və həvəskarlar tərəfindən səmanın gözəlliyini əks etdirən fotoşəkillər qəbul olunacaq. Fotolar kodlaşdırıldıqdan sonra peşəkar münsiflər – Şamaxı Astrofizika Rəsədxanasının direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov, AMEA Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə və Azərbaycan Fotoqrafları Birliyinin idarə heyətinin sədri Mirnaib Həsənoğlu tərəfindən qiymətləndiriləcək.

Muzeyi bölgə muzeyləri ilə əməkdaşlıq edir

12 Avqust 2017 19:56

Mədəniyyət və Turizm Nazirliyinin razılığı və Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, professor Çingiz Fərzəliyevin təşəbbüsü ilə muzey 2017-ci ildən regionlardakı bölgə muzeyləri ilə “Əməkdaşlıq və metodiki yardım” adlı layihənin həyata keçirilməsinə start verib. Məqsəd bölgə muzeylərinin işi ilə tanışlıq və onlara müvafiq metodiki yardımın göstərilməsi və tövsiyələrin verilməsidir. Milli İncəsənət Muzeyindən "Olaylar" - a  bildirilib ki, ilk olaraq İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Elnur Hüseynov ilə əldə edilmiş razılaşmaya əsasən bu bölgənin - Şamaxı, Ağsu, İsmayıllı, Qəbələ, Lahıc Tarix-diyarşünaslıq muzeyləri, M.Ə.Sabirin ev-muzeyi və İsmayıl bəy Qutqaşınlının xatirə muzeyi əməkdaşları ilə görüş keçirilib.

Ölən aktrisa üçün kömək istədi: "Yoxsa, kimsəsizlər qəbirstanlığında basdırılacaq"

11 Avqust 2017 17:10

Əminənin Türkiyədə basdırılmasına imkan verməyin. Xahiş edirəm, pul toplayın ki, Əminənin meyitini Bakıya gətirə bilək. Meyitin gətirilməsi üçün çox pul istəyirlər. 1 manat da olsa, kömək edin.

Kliniki ölüm keçirən aktrisa dəfn edilmir - Anası imkan vermir 

11 Avqust 2017 16:10

Türkiyədə dünyasını dəyişdiyi deyilən gənc aktrisa Mila Əminə hələ də süni nəfəs aparatından ayrılmayıb. Anası onun həyata qayıdacağına ümid bəslədiyi üçün buna razılıq vermir. Hansı ki, aktrisanın xalasıqızı Rübabə Səfərova saytımıza açıqlamasında onun bugün saat 12:00 radələrində süni nəfəs aparatından ayrılaraq dəfn olunacağını demişdi.

Azərbaycanlı müğənninin klipi Rusiyanın ən məşhur kanalında - VİDEO

11 Avqust 2017 15:00

Rusiyada fəaliyyət göstərən azərbaycanlı rəssam və müğənni Sultanın "Mоя стихия" adlı mahnısına çəkdirdiyi klip təqdim olunub. Klip Rusiyanın ən məşhur "Youtube" kanalı olan "StarPro" vasitəsilə tamaşaçıların ixtiyarına verilib. Mahnının musiqisi və sözləri Rusiyada yaşayan və gördükləri işlərlə populyarlıq qazanan həmyerlilərimiz Müşviq Dəmirov və Elbrus Canmirzəyevə aiddir.

Mətanət Əsədova biabır etdi: “Molla yanına gedir ki...”

11 Avqust 2017 13:52

Müğənni Mətanət Əsədova həmkarlarının ona cadu-tilsim etdirdiyini deyib. Açıqlama verən sənətçi paxıllığını çəkən həmkarlarına səslənib: “Paxıllığımı çəkənlər bütün günü qalıblar mollalarda. Səsimin, avazımın bir faizini öyrənin. Bilmirsinizsə, gəlin yanıma öyrədim. Amma cadu etdirməyi, ev yıxmağı yaxşı bacarırsınız.