Mədəniyyət

Bu da "Moşu"nun heç yerdə görmədiyiniz oğlu

1 Fevral 2018 15:45

"Bəxt üzüyü” filmində "Moşu” obrazı ilə tanınan xalq artisti Valeh Kərimovun oğlu Emil Kərimov kameramıza tuş gəlib. Açıqlama verən Emil atasının ona dəstək olduğunu bildirib: "Mən özüm Bakı Dövlət Universitetində Riyaziyyat fakültəsində təhsil almışam. Amma özüm 12 ildir AZTV-də çalışıram. Demək olar ki, mən də bu sənətə yaxınam. Atamın sahəsində işə düzəlmişəm, hər kəs mənə hörmətlə yanaşır".

Bəhram Bağırzadənin həkim xanımı və övladları - Fotolar

1 Fevral 2018 15:11

Əməkdar artist Bəhram Bağırzadənin bu dəfə ailəsi fotokameramıza tuş gəlib. Aktyorun xanımı Şəhla Bağırzadə, oğlu Cavid və qızı Tahirə kinoteatra yollanıblar.

Azərbaycan Cümhuriyyəti dövrünə aid etnoqrafik xalça

1 Fevral 2018 14:28

Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycan Cümhuriyyəti dövrünə aid etnoqrafik xalça mühafizə edilir. Xalça Qarabağ xalça məktəbinə məxsusdur. 1918-ci ildə Azərbaycan hökumətinin dəvəti ilə bolşevik-daşnak qüvvələri tərəfindən azərbaycanlılara qarşı törədilən soyqırımın qarşısını almaq üçün gələn türk ordusuna minnətdarlıq əlaməti olaraq toxunmuşdur. Ölçüsü 190x140 sm.-dir.

Brilliant Dadaşovanın müğənni bacısı gömrükdə saxlanılıb

1 Fevral 2018 14:15

Space telekanalında yayımlanan "Nahara qədər" verilişinin bugünkü qonağı xalq artisti Brilliant Dadaşovanın müğənni bacısı Lalə Dadaşovadır. Aparıcı Sevinc Əliyeva müğənni ilə bağlı ilginc açıqlamalar verib. O, sənətçinin Çexiyadan gələndə gömrükdə saxlanıldığını bildirib: "Lalə əlində torbalarla gələndə, onu gömrükdə saxlayıblar ki, "aç sumkaları baxaq". Camaat pal-paltar, ayaqqabı, cer-cehiz, bahalı xalı-xalça gətirər, bu da xırda muncuqlar gətirib".

Geyiminə görə tənqid edilən Mətanətin oriental rəqsi verilişə damğa vurdu - VİDEO

1 Fevral 2018 12:23

Yusif Ağayevin aparıcısı olduğu "10-dan sonra" verilişində qonaq olan Mətanət Əsədova yenə öz ampluasında olub.  Tez-tez adı açıq-saçıq geyimi və açıqlamaları ilə qalmaqallarda hallanan Mətanət bu dəfə canlı yayıma oriental rəqsi ilə damğa vurub.

Qarabağ döyüşlərində istifadə olunmuş müşahidə cihazı muzeydə

1 Fevral 2018 12:20

Qarabağ döyüşlərində istifadə olunmuş müşahidə cihazı Milli Azərbaycan Tarixi Muzeyinə verilib. AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycan tarixinin qanlı səhifəsi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş materialların toplanılması və qorunması işi uğurla davam etdirilir.

Mətanət 17 günün içində xəstəlikdən arıqlayıb bu hala düşdü

1 Fevral 2018 11:48

Bu gün "10-dan sonra" verilişinin qonağı olan Mətanət Əsədovanın xarici görünüşündəki dəyişiklik diqqətdən yayınmayıb. Xanım sənətçi bu dəyişikliyin xəstəliyi ilə bağlı olduğunu bildirib.

Məleykə Əsədova Ramiz Məlikdən apellyasiya şikayəti verib

1 Fevral 2018 10:20

Xalq artisti Məleykə Əsədova ilə xalq artisti Ramiz Məlik arasında məhkəmə çəkişməsi davam edir. M.Əsədovanın yeni vəkili Ceyhun Yusifov "Report"a açıqlamasında bildirib ki, Nəsimi Rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti verilib.  Müdafiəçinin sözlərinə görə, Bakı Apellyasiya Məhkəməsinə təqdim edilən apellyasiya şikayətində müvəkkilinin 200 min manat məbləğində təzminatının təmin edilməsi istənilir. 

Bu əsərlərin keçmiş sahibləri axtarılır

1 Fevral 2018 09:30

Müxtəlif dövrlərə və üslublara aid 31 rəsm əsəri Luvr muzeyinin daimi ekspozisiyasına daxil edilib. Bu məqsədlə iki xüsusi zal ayrılıb. Həmin əsərlərin hamısı alman işğalı zamanı fərdi şəxslərdən müsadirə olunub və Fransadan aparılıb. Hazırda bu rəsm əsərlərinin keçmiş sahiblərini tapmaq muzeyin əsas məqsədidir.

Kinonun 120 illiyi qeyd olunacaq - Sərəncam

1 Fevral 2018 09:27

Prezident İlham Əliyev yanvarın 31-də Azərbaycan kinosunun 120 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamda neft Bakısına dair ilk xronikal süjetlərin nümayişi ilə başlayan Azərbaycan kino sənətinin təşəkkül tapdığı vaxtdan etibarən böyük inkişaf yolu keçdiyi və ötən müddət ərzində xalqın mədəni-mənəvi həyatında özünəməxsus mövqe qazandığı qeyd olunur.

Muğam Mərkəzində Gənclər günü

1 Fevral 2018 09:25

Beynəlxalq Muğam Mərkəzində “Mədəniyyət” kanalı, Azərbaycan Milli Konservatoriyası və Beynəlxalq Muğam Mərkəzinin birgə təşkilatçılığı ilə 2 fevral - Gənclər gününə həsr edilmiş konsert keçirilib. "Mədəniyyət" kanalının direktoru, Əməkdar Artist Ramil Qasımov ulu öndər Heydər Əliyev tərəfindən təsis olunan bu günün ildən-ilə daha geniş şəkildə qeyd edildiyini söyləyib.

Gənclər günü ərəfəsində teatrda  görüş 

1 Fevral 2018 09:14

2 fevral Gənclər günü ərəfəsində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun üzvlərinin iştirakı ilə “Ağ ölüm” tamaşasını təqdim edib. Olaylar.az bildirir ki, tamaşadan öncə idarənin məsul işçisi Raqif Allahverdiyev və ADGTT-nın gənclərlə və yeniyetmələrlə iş üzrə pedaqoq-təşkilatçısı, Əməkdar artist Ötkəm İsgəndərov çıxış edərək bildirdilər ki, müasir dövrümüzdə insanlıq üçün böyük bəla olan narkomaniya bütün dünyada geniş yayılıb.

Nazirlik müsabiqəsi elan edir

1 Fevral 2018 09:11

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə şəhər (rayon) mərkəzi kitabxanalarında ədəbi dilimizin formalaşmasında mühüm rol oynamış Azərbaycanın böyük mütəfəkkiri və şairi İmadəddin Nəsiminin yaradıcılığına həsr olunan respublika üzrə məktəblilər arasında “Nəsimi poeziyası” adlı bədii qiraət müsabiqəsi keçiriləcək.

“Kölgələr vadisi” geyim kolleksiyası nümayiş olundu

1 Fevral 2018 09:08

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Böyük səhnə”sində “Rəssamlıq” fakultəsinin “Geyim dizaynı” ixtisası üzrə III və IV kurs bakalavr tələbələrinin semestr proqramının yekunu olaraq “Kölgələr vadisi” geyim kolleksiyasının nümayişi baş tutub. Olaylar.az bildirir ki, universitetin rektoru, professor-müəllim, tələbə və digər dəvətli qonaqların iştirak etdiyi nümayiş “Dizayn və dekorativ tətbiqi sənət” kafedrasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Aysel Əzizovanın rəhbərliyi ilə təqdim edilib.

Elza İbrahimovanın 80 illik yubileyi keçiriləcək

1 Fevral 2018 08:59

Fevralın 21-də Heydər Əliyev Sarayında Azərbaycanın tanınmış bəstəkarı, xalq artisti, əməkdar incəsənət xadimi Elza İbrahimovanın 80 illik yubileyi keçiriləcək. Yubiley gecəsində xalq artistləri Flora Kərimova, Yalçın Rzazadə, Brilliant Dadaşova, Gülyaz Məmmədova, əməkdar artistlər Ramil Qasımov, Tünzalə Ağayeva, İlqar Muradov, Lalə Məmmədova, Aqşin Abdullayev, İsfar Sarabski, Rəşad İlyasov, tanınmış ifaçılar Ayaz Qasımov, Nadir Qafarzadə, Zamiq Hüseynov, Fuad Musayev, Zabitə Alıyeva, Vüsalə Əsgərova, Aynur İsgəndərli, Çinarə Məlikzadə, Sərxan Bünyadzadə, Kənan Qədimov, Aytən Məhərrəmova, Nicat Cəfərzadə və başqaları iştirak edəcəklər. Konsertdə tamaşaçılar musiqi mədəniyyətimizin inkişafına böyük töhfələr vermiş Elza İbrahimovanın biri-birindən gözəl və sevilən musiqilərini dinləyəcək.