Mədəniyyət
“Əri yoxdur, hamı da bilir kimin məşuqəsidir”- Aqil M.Quliyev
Tanınmış rejissor Aqil M.Quliyev azərbaycanlı aktrisaların erotik filmlərə çəkilməməsinin səbəblərini açıqlayıb. Açıqlama verən rejissor bildirib ki, yataq səhnələri üçün çəkilən aktrisanın birinci növbədə mükəmməl bədən quruluşu olmalıdır: “Birincisi, aktrisa erotik filmə çəkilirsə, gözəl bədən quruluşu ilə göz oxşamalıdır.
"Əri olan qadın doğmalıdır da" - 4 uşağı olan Elnarədən efirdə ŞOK AÇIQLAMA - VİDEO
"Lampa öz altını görmür" - Kərimlə Natavan Həbibi ARASINDA QALMAQAL
Kərim Abbasov 5 ildir küsülü olduğu müğənni Natavan Həbibinin “bostanına" növbəti dəfə daş atıb. Müğənni sosial şəbəkə vasitəsiylə Natavan Həbibiyə xəbərdarlıq göndərib. Kərim Abbasov ad çəkməsə də, sözlərinin Natavana ünvanlandığı məlum olub: “Bəzi müğənnilərdən xahişim var. Çox rica edirəm, ünvanıma daş atmayın. Xahiş edirəm, mənlə işiniz olmasın. Lampa öz altını görmür. Amma sizi yaxşı görürəm, tanıyıram. Əgər problem axtarmırsınızsa, öz taxta başınızda mənim adıma “stop” deyin. Bu, hədə-qorxu deyil. Sadəcə sizin biabır olmağınızı istəmirəm, bu, böyük bir məsləhətdir”.
Qara Qarayevin xatirəsi İstanbulda anılacaq
Fevralın 19-dan 23-dək İstanbulda Azərbaycanın görkəmli bəstəkarı, Xalq Artisti Qara Qarayevin 100 illiyinə həsr edilən tədbir keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyindən bildirilib ki, “İSTAD – İstanbul” Türkiyə-Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə reallaşacaq tədbirdə Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsi Abşeron rayon Xırdalan şəhər onbirillik musiqi məktəbinin kollektivi də iştirak edəcək.
Tofiq Kazımovun xatirəsi yad edildi
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında görkəmli teatr rejissoru, pedaqoq, Xalq Artisti Tofiq Kazımovun 95 illiyinə həsr edilmiş tədbir keçirilib. Əvvəlcə qonaqlar sənətkarın həyat və yaradıcılığını əks etdirən fotosərgi ilə tanış olublar. Tədbirdə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru və bədii rəhbəri Azərpaşa Nemətov sənətkarın həyat və yaradıcılığından, Azərbaycan teatrının, rejissor sənətinin inkişafındakı xidmətlərindən söz açıb.1964-cü ildən 1980-ci ilədək Akademik Milli Dram Teatrının baş rejissoru vəzifəsində çalışan Tofiq Kazımov yaddaqalan tamaşalar yaratmaqla yanaşı, gənclərin teatra cəlb olunmasında da böyük xidmətlər göstərib.
Teatra təşəkkür edildi
Azərbaycan Dövlət Musiqili Teatrının solistləri Musiqi Mədəniyyəti Dövlət Muzeyində Azərbaycan professional bəstəkarlıq məktəbinin 110 illiyi münasibətilə keçirilən tədbirdə fəal iştirak ediblər. Teatrın mətbuat xidmətindən Olaylar.az- a verilən məlumata görə, bu münasibətlə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramovanın teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayevə ünvanladığı təşəkkür məktubunda deyilir:
Teatr tarixində ilk dəfə: Romeo Cülyettaya səhnədə eşq elan etdi
Əli Mirəliyev gizlinləri açdı: “Tolikin ad günündə İlhamə qışqıra-qışqıra dedi ki...”
Prodüser Toliklə (Tarix Əliyev) Əli Mirəliyev arasında qalmaqal yaşanıb. Belə ki, Tolikin verilişlərin birində dediyi "mərhum xalq artisti İlhamə Quliyeva sağlığında Əli Mirəliyevi evinə qoymurdu" açıqlaması qarşı tərəfi özündən çıxardıb.
Yeni müsabiqə - “Qazaxım mənim”
Bakı Xətai Sənət Mərkəzində növbəti rəsm müsabiqəsi elan edilib. “Qazaxım mənim” adlı rəsm müsabiqəsi Mədəniyyət və Turizm Nazirliyi, Qazax Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin birgə təşkilatçılığı ilə gerçəkləşib. Bu barədə Olaylar.az – a Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov məlumat verib. Onun sözlərinə görə, rəsm müsabiqəsi Qazax rayonundan olan balaca və yeniyetmə fırça ustaları arasında keçirilir.
Gənc yazarlara DƏSTƏK
“XAN” nəşriyyatı “Xatirə ədəbiyyatı”, “Milli ədəbiyyat”, “Çağdaş ədəbiyyat” və “Tərcümə ədəbiyyatı” seriyalarından sonra yeni kitab silsiləsini təsis edib. Olaylar.az bildirir ki, “İlk kitab” adlanan seriya kitabı nəşr olunmamış gənc yazarlara dəstək üçün yaradılıb. Layihənin məqsədi yerli ədəbi mühitdə canlanma yaratmaq, istedadlı qələmi olan gəncləri oxucuları ilə görüşdürməkdi.
Azərbaycanda ədəbiyyat oxucuları sıfır nöqtəsinə yaxınlaşır - Yeni layihə: "Mənim kitabxanam"
Olaylar.az yeni layihə təqdim edir. “Mənim kitabxanam” adlanan layihədə ölkənin məşhur sənət adamlarının, yazıçıların kitabxanasına nəzər salacaq, onlarla kitablar haqqında söhbət edəcəyik. Layihənin ilk qonağı tanınmış yazıçı – dramaturq Elçin Hüseynbəylidi.
Günay rejissorla eşq yaşama xəbərindən danışdı
Ötən gün Türkiyədə yaşayan azərbaycanlı model Günay Musayevanın özündən 7 yaş kiçik olan rejissorla eşq yaşama xəbərləri yayılmışdı. Musayeva məsələ ilə bağlı açıqlama yayıb. Model, ilk növbədə, sevgilisi kimi təqdim olunan şəxslə aralarındakı yaş fərqinə toxunub. O bildirib ki, Hürriyet Berkay İnanın 24 yox, 30 yaşı var: "Hürriyet Berkay İnan sevgilim deyil. Ən yaxın dostlarımdan biridir.
"Tənha otağa çəkilib ağlayırdım..." - Cəmilə etiraf etdi
Evlilikdən əli bala batmayan aktrisa Cəmilə Tağızadə artıq vətəndədir. ARB TV-nin "Şou Məkan" verlişinə qonaq olan aktrisa başına gələnləri danışıb: "Necə deyərlər, millətimə, Vətənimə qurban olum. Düzdür, mənə orada yad kimi davranmırdılar. Mehriban, qonaqpərvər, millətsevərdilər. Onlar da türkdür, biz də türkük. Yad deyilik ki... Mən Antraktidaya gəlin köçməmişəm ki... Qonşu dövlətə getmişəm, eyni dil, eyni mədəniyyət. Fərqimiz az ola bilər. Düşünürəm ki, yavaş-yavaş adaptasiya oluram".
Könül Xasıyeva xəstəlikdən sonra ilk dəfə efirdə oxudu - VİDEO
ARB TV-nin "Səhər-Səhər" proqramının növbəti qonağı xalq artisti Könül Xasıyeva olub. Xanəndə uzun müddət sürən xəstəlikdən sonra ilk dəfə efirə çıxıb. Proqramın qonağı olan Könül Xasıyeva xəstəliyinin səsinə təsir etmədiyini bildirib.














