Mədəniyyət
Aktrisaların məhkəməsində vəkillərin mübahisəsi düşüb
Bu gün Səbail Rayon Məhkəməsində Türkiyədə yaşayan aktrisa Tunay Əliyeva ilə həmkarı Pərvin Abıyeva arasında qaldırılmış qarşılıqlı iddialar əsasında məhkəmə iclası davam etdirilib. Hakim Nurəddin Bağırovun sədrliyi ilə keçirilən prosesdə hər iki tərəfin nümayəndəsi çıxış edib. Daha sonra P.Abıyevanın vəkili C.Yusifov qarşılıqlı iddiaya etiraz edib.
Könül Xasıyevanın səhhəti pisləşib
Xalq artisti, xanəndə Könül Xasıyeva 2 ildən çoxdur ki, səhhətindəki problemlərlə mübarizə aparır. Çıxışlarının birində “Özümü çox pis hiss edirəm. Onurğa sütunumda problem var. Bundan başqa şəkərim var. Öz ağrı-acılarımın mətbuata çıxmasını istəməzdim. Bu, mənim problemimdir. İstəməzdim ki, məni belə görsünlər. İndi ağrılarım çoxdur, Vallah çox danışa bilmirəm. Hər gün ağrıkəsici vurulur. Ümidim bir tək Allaha qalıb. O, mənə kömək olsun”- deyə bildirib.
"Gecə 3-də evə gəlirəm" - Pərvin
"Halal kəbinli əridir, başqasının kişisini əlindən almayıb"
Texnologiya, Mədəniyyət və Beynəlxalq sabitlik üzrə Beynəlxalq Konfrans keçiriləcək
Avropanın və dünyanın mötəbər mədəniyyət və idman tədbirlərinə ev sahibliyinə öyrəşdiyimiz Bakı şəhərində bu dəfə dünyanın avtomatika üzrə ən nüfuzlu təşkilatı olan IFAC-in (ay-fek-in) Avtomatik Nəzarət üzrə Beynəlxalq Federasiyanın (IFAC – International Federation of Automatic Control) dəstəyilə ilk dəfə olaraq 13-15 Sentyabr 2018-ci il tarixlərində Texnologiya, Mədəniyyət və Beynəlxalq sabitlik mövzusu üzrə 18-ci IFAC beynəlxalq konfransı - TECIS (Technology, Culture and International Stability – Texnologiya, Mədəniyyət və Beynəlxalq sabitlik) keçiriləcək.
Falçı yanına gedən azərbaycanlı məşhurlar - VİDEO
Xəzər TV-də yayımlanan "Hər şey daxil" verilişinin ötən buraxılışında məşhurların falçıda olub-olmaması haqda süjet hazırlanıb. "Fala inanırsınızmı? Falçı yanına getmisinizmi?" suallarına müğənnilər maraqlı cavablar veriblər.
“Gəncliyin səsi - 2018” festivalı başladı
Azərbaycan Dövlət Musiqili Teatrında “Gəncliyin səsi - 2018” festivalının bağlanış mərasimi keçirilib. Qurumun mətbuat xidmətindən Olaylar.az- a verilən məlumata görə, ənənə halını alan festival Mədəniyyət və Turizm Nazirliyivə Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə əməkdaşlığı ilə reallaşıb.
Azərbaycanın ilk rok-operası - “Səyyah Sindibad”
Bu ilin mayında Heydər Əliyev Sarayında “Səyyah Sindibad” rok-operası təqdim olunacaq. Sarayın mətbuat xidmətindən Olaylar.az - a bildirilib ki, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə ölkənin musiqi mədəniyyəti tarixində ilk dəfə yazılan “Səyyah Sindibad” əsərinin müəllifi, bəstəkar və müğənni, klassik vokal məktəbinin nümayəndəsi Rizvan Sədirxanovdur. İki il müddətində ərsəyə gələn operanın adı məşhur “Min bir gecə nağılları”nın ən maraqlı hissələrindən olan “Dəniz səyyahı Sindibadın nağılı”ndan götürülüb.
Faiq Ağayev Hindistan şou-biznesinə qatılır
İzzət buna görə efirlərə çıxmır
Müğənni İzzət Bağırzadə efirlərə tez-tez çıxmamağının səbəbini açıqlayıb. Məlumata görə, sənətçi “Show time” verilişində bildirib ki, bir çox proqramlar onu qane etmir. O, məhz buna görə təkliflərə “yox” cavabı verdiyini söyləyib: “Məhərrəmlik ayına görə efirlərə çıxmırdım. Bundan başqa indi elə verilişlər var ki, özümü orda görmürəm. İki saatlıq verilişdə müğənni 1 mahnı oxuyur. Ümumiyyətlə, müğənnini efirə mahnı oxumağa çağırarlar. Bəzən də müğənnini elə mövzulara görə efirə dəvət edirlər ki... Bu da mənim xarakterimə xas deyil. Çünki o mövzularda danışa bilmirəm, sıxılıram. Ona görə də efirlərə getmirəm”.
Brilliant Dadaşova: “Sevgilim çox yaraşıqlıdır”
Türklər demiş, “qırx bir kərə maşallah…” Hər zaman formadadır, cazibədarlığı ilə illərə meydan oxuyur: xalq artisti Brilliant Dadaşovanı deyirəm…
“Mübariz” filminin çəkilişinə maliyyə dəstəyi tapıldı
“Mübariz” filminin çəkilməsi ilə bağlı bütün hazırlıqlar başa çatıb, filmdəki aktyor və aktrisalar demək olar ki, artıq məlumdur. Təşkilatçılar “OLAYLAR”-a bildiriblər ki, filmin maliyyə məsələsini isə, özü xaricdə yaşasa və biznesinin böyük hissəsi xaricdə olsa da, daima ölkəmiz və dövlətimiz üçün əməli fəaliyyətləri olan, ölkəmizdə bir çox biznes sahələri olan tanınmış iş adamı Fərhad Əhmədov öz öhdəsinə götürüb. O, bildirib ki, biz bu filmi çəkərək bir daha dünyaya cənab Prezidentin rəhbərliyi ilə güclənən Azərbaycanın ordusunun və gənclərinin gücünü göstərmiş olacağıq.
Səmranın geyimi tənqid edildi
"Eurovision" təmsilçilərimizdən olan Səmra Rəhimli sosial şəbəkədə yeni fotolarını paylaşıb. Sənətçinin 81 minlik İnstaqram səhifəsində yayımladığı şəkil sinə dekoltesi ilə diqqət çəkib. Səmranın fotosuna 1700-dən çox bəyəni gəlib. İzləyicilərinin əksəriyyəti müğənninin açıq sinəsini tənqid ediblər.
Elza Seyidcahan polisə şikayət etdi
Əməkdar artist Elza Seyidcahan polisə şikayət edib. Buna səbəb müğənni ilə bağlı sosial şəbəkədə saxta sözlərin və fotoların yayılmasıdır. Ötən gün isə Seyidcahanın adından seçkilərlə bağlı anti-reklam xarakteri daşıyan foto hazırlanıb və Facebook-da yayılıb. Bu foto müğənnini özündən çıxarıb.
Transparan geyimdə efirə gələn əməkdar artistin alt paltarı göründü
Elgiz Əkbərin aparıcılığını etdiyi "Səhər-səhər" proqramının yeni üzvlərindən olan əməkdar artist Nahidə Orucova geyimi ilə diqqət mərkəzinə düşüb. Xanım aktrisanın transparan geyimi efir boyunca büsqalterinin görünməyinə səbəb olub. 3 saatlıq davam edən verilişdən aktrisanın bəzi görüntülərini təqdim edirik.



.jpg)










