Mədəniyyət

Xalq artistindən ölümündən öncə İNANILMAZ ETİRAFLAR: “Bu həyatda...”

9 Fevral 2018 12:18

Azərbaycanın teatr və kino aktrisası, Xalq artisti Zərnigar Ağakişiyeva ötən gün axşam 72 yaşında dünyasını dəyişdi. Xalq artisti doğum günündə verdiyi son müsahibədə özü ilə bağlı inanılmaz etiraflar edib. Müsahibəni olduğu kimi təqdim edirik.

Zərnigar Ağakişiyeva harada dəfn ediləcək? — AÇIQLAMA

9 Fevral 2018 12:11

Xalq artisti Zərnigar Ağakişiyeva 2-3 gün əvvəl vəfat edibmiş. Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Yasamal Rayon şöbəsindən  verilən məlumata görə xalq artistinin təxminən 2-3 gün əvvəl ürək xəstəliyindən vəfat etdiyi müəyyənləşdirilib. Ekspertizadan bildirilib ki,  sənətkar doğulduğu Quba rayonunda dəfn edilmək üçün hazırlanır.

Tarix Muzeyində AXC dövrünə aid bayraq ucluğu mühafizə edilir

9 Fevral 2018 10:42

AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Silahlar və bayraqlar fondunda Qafqaz İslam Ordusunun hərbi hissələrinə aid müxtəlif materiallar qorunub saxlanılır. Bunların içərisində 1918-ci ildə Bakını azad etmiş Qafqaz İslam Ordusuna məxsus bayraq ucluğu xüsusi yer tutur. Olaylar.az bildirir ki, Cümhuriyyət dövrünün tarixi əhəmiyyətli eksponatını muzeyə AMEA-nın müxbir üzvü, mərhum numizmat və arxeoloq Y.A.Paxomov təqdim edib.

“Aşıq musiqisi axşamları” layihəsi davam edir

9 Fevral 2018 09:20

Fevralın 16-da  Beynəlxalq Muğam Mərkəzində mərkəzin “Aşıq musiqisi axşamları”  adlı möhtəşəm layihəsinin növbəti konserti keçiriləcək. Olaylar.az bildirir ki, layihənin əsas məqsədi qədim Azərbaycan musiqi  irsinin ictimaiyyətə geniş təbliğ etməkdir. Beynəlxalq Muğam Mərkəzinin bu yeni layihəsi Azərbaycan Aşıqlar Birliyinin dəstəyi  ilə keçirilir və may ayına qədər davam edəcək. 

"Pərvin, sən bu qədər pulu haradan qazanırsan?" sualına elə cavab verdi ki ... 

8 Fevral 2018 18:40

Dünən "5/5"-in qonaqlarından biri Pərvin Abıyeva olub. Cazibədar aktrisa aparıcı Zaur Kamalın "Pərvin, gəlirin haradandır ki, belə lüks həyat yaşayırsan?" sualına maraqlı reaksiyası ilə diqqət çəkib.

Azərbaycanlı aktrisa ərə getdi

8 Fevral 2018 18:30

Aktrisa Natavan Əfəndiyeva ailə qurub. O bu haqda "Facebook" səhifəsində yazıb. 

Məşhur qarmon ifaçısının 125 illiyi - Muğam Mərkəzində

8 Fevral 2018 15:17

Fevralın 15- də Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı ilə məşhur qarmon ifaçısı Kor Əhədin (Əhəd Əliyev)125 illik yubiley gecəsi keçiriləcək. 1893-cü ildə Bakıda doğulmuş, 3 yaşında görmə qabiliyyətini itirmiş, lakin öz fitri istedadı, əzmi və iradəsi sayəsində müstəqil olaraq qarmon çalmağı öyrənən, 10 – 12 yaşlarında artıq 14 dilli qarmonda müxtəlif oyun havalarını gözəl ifa etməyi bacaran, Əhəd Əliyev 20-25 yaşlarında artıq mahir qarmon ifaçısına çevrilmişdir.

"Ailə qurmaq mənlik deyil" -  Mənzurə

8 Fevral 2018 15:16

ARB TV-nin “Sayqa ilə bu axşam” proqramının növbəti qonağı müğənni Mənzurə Musayeva olub. Müğənni efirdə ona yazılan şərhlərdən və evlilik təkliflərindən danışıb. “Hətta zəng də vurublar. Evlilik təklifləri mənlik deyil. Deyirlər ki, ailə qur, mən də onlara deyirəm ki, mənlik deyil.

"Məleykə Əsədovanın görünüşünü dəyişmək istəyirəm"

8 Fevral 2018 15:07

Stilist Anar Ağakişiyev xalq artisti Məleykə Əsədovanın stilini dəyişmək istədiyini deyib. Məlumata görə, stilist bu haqda qonaq olduğu “5/5” verilişində söyləyib. O, aparıcı Zaur Kamalın “Kimin üzünü dəyişmək istəyərdin? Kimi görəndə deyirsən ki, kaş bunu dəyişərdim" sualına belə cavab verib:

Nuriyyə Əhmədova yad edildi

8 Fevral 2018 14:19

Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının dəstəyi ilə Dövlət Film Fondunda Xalq Artisti Nuriyyə Əhmədovanın xatirə gecəsi keçirilib. Fonddan Olaylar.az –a bildirilib ki, tədbirdə Kinematoqrafçılar İttifaqının icraçı katibi Cəmil Quliyev Nuriyyə xanımın həyat və yaradıcılığından geniş söz açıb. Onun canlandırdığı ekran əsərlərindəki rolların xatirələrdən silinməyəcəyini vurğulayıb.

Əməkdar artistə cadu etdilər - Uşaq qəbrindən 160 qıfıl çıxartdı - VİDEO

8 Fevral 2018 13:40

Ötən gün "Hər şey daxil" verilişində qonaq olan baxıcı ona müraciət edən məşhurlardan birinin əməkdar artist Firuzə İbadova olduğunu deyib. Falçının "Firuzə İbadovaya baxdım. Dedim "Sizə güclü əməl ediblər. O əməli öz əllərinizlə çıxartmısınız". O da öz yaxın adamının uşaq qəbrindən 160 qıfıl çıxarıb" sözlərinə verilişdə qonaq olan xanım sənətçinin duet ortağı Cavanşir Məmmədov aydınlıq gətirib.