Faiq Ağayev Hindistan şou-biznesinə qatılır
8 Fevral 2018 05:29 MədəniyyətXalq artisti Faiq Ağayev Hindistan şou-biznesinə qatılır.
Axşam.az-ın məlumatına görə, müğənni bu haqda "ATV maqazin onlarla" verilişində deyib. O bildirib ki, oradan təkliflər alıb:
"Azərbaycan incəsəntinin nümayəndəsi kimi Hindistana gedirəm. Danışıqlar gedir, hələ tam açıqlaya bilmirik".
F.Ağayev məşhur hind müğənnisi Alisa Çinai ilə görüşəcəyini bildirib:
"Bakıda Aişa xanımla keçirdiyimiz konsertin eynisi Hindistanda da olacaq. Aişa xanımla tez-tez danışırıq. İnşallah, gələn il baş tutacaq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31