Mədəniyyət
Nura Suridən qalmaqallı AÇIQLAMA: "Tünzalə Ağayeva və Natavan Həbibi..." - VİDEO
Nura Surinin “ATV maqazin onlarla” verilişində həmkarları haqqında çıxışı daha bir qalmaqala səbəb olacaq. Adı çəkilən verilişin “Hit parad” rubrikasında bu dəfə Nura Suri qonaq olub. Cəsarətli çıxışları ilə seçilən Nura həmkarları barədə tənqidi fikirlər səsləndirməkdən çəkinməyib.
Azər Axşam xaricdə yaşayan oğlundan danışdı: “Deyirəm, "müsəlman qızı ilə evlən"”
"Toyumda ən xoşbəxt gəlin idim, indi isə..." - boşanan Natavan
Müğənni Natavan Həbibi “Zaurla Günaydın” verilişinin qonağı olub. Məlumata görə, bir müddət əvvəl reper əri Səid Əliyevdən (Dado) ayrılan sənətçi övlad sahibi olmaq istədiyi deyib. Natavan aparıcı Zaur Baxşəliyevin “Səndən nə gözəl ana olardı? Bir də getdi ərə getməyin. Necə ana olacaqsan ki...” sualına belə cavab verib: “Ərə getdim, daha bəsdir. Qismətdir, kimdə necə yazılıb elə də ana olacaq. Hərə bir cür ana olur... İndi toy şəkillərinə baxa bilmirəm. İnstaqramda qabağıma çıxanda pis oluram.
Bu da Ayselin 45 yaşlı sevgilisinin tikdirdiyi iddia edilən villası - VİDEO
Dünən "Evdəkilərə salam" verilişinin çəkiliş üçün üz tutduğu məşhur Aysel Əlizadənin Novxanıda yeni tikdirdiyi bağ evi olub. Verilişin aparıcısı gənc ifaçıya "Ayselin həyatında sevgisi var?" sualı ilə müraciət edib. Müğənni "yoxdur" deyib. Ayselin bu mövzuda daha geniş açıqlamasını aşağıdakı videoda izləyə bilərsiniz.
Xatirə əri ilə verilişə gəldi, boşanmadığını belə sübut etdi
Bir müddət əvvəl müğənni Xatirə İslamın həyat yoldaşı Fəxrəddin bəylə ayrılma xəbəri yayılmışdı. Sənətçi əri ilə bilrikdə “Zaurla Günaydın” verilişinin qonağı olub. Proqramda sənətçinin atası, oğlu və bacısı da yer alıblar. Sənətçi əri ilə birlikdə kamera qarşısına keçərək, boşanmadığını sübut edib.
V Beynəlxalq Muğam Festivalı keçiriləcək
Martın 7-dən 15-dək Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi, AMEA, Milli Konservatoriya və Bəstəkarlar İttifaqının birgə təşkilatçılığı ilə “Muğam aləmi” V Beynəlxalq Muğam Festivalı keçiriləcək. 2009-cu ildən başlayaraq keçirilən festival bu dəfə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunub.
Damlaya ağır itki üz verdi - FOTO
“Türkiyə mənim də Vətənimdir” adlı sənədli film Malatya
Azərbaycanlı rejissor Elçin Musaoğlunun ekranlaşdırdığı “Türkiyə mənim də Vətənimdir” adlı sənədli filmin Malatya şəhərində təqdimatı olub. Türkiyədə 15 iyul dövlət çevrilişi cəhdindən bəhs edən filmin istehsalı 7-ci Malatya Beynəlxalq Film Festivalı çərçivəsində reallaşıb. Təqdimat mərasimində çıxış edən Malatya Beynəlxalq Film Festivalının direktoru Suat Köçer 15 iyul hadisələri ilə bağlı qısametrajlı, sənədli və tammetrajlı filmlərin çəkildiyini vurğulayaraq, dövlət çevrilişi cəhdini bir az daha fərqli aspektdən şərh etmək istədiklərini söyləyib.
Əməkdar artistin vəziyyəti ağırdır
Eltondan xanım ifaçıları əsəbiləşdirəcək açıqlama: "Pul üçün oxumasınlar"
Müğənni Elton Hüseynəliyev xanım ifaçıları əsəbiləşdirəcək açıqlama verib. Sənətçi "Hər şey daxil" verilişində deyib ki, qadınların müğənnilik etməsinə yaxşı baxmır. O, qızlarına oxumağa heç vaxt icazə verməyəcəyini söyləyib: "İstəmirəm qızlarım müğənni olsun. Uşağın hər şeyə marağı ola bilər. Mən də, Hüseyn Məhəmmədoğlu da istəmərik bizim qızımız müğənnilik etsin. Ona görə yox ki, pisdir müğənnilər.
İslam yenidən Türkiyədə filmə çəkiləcək
Aktyor İslam Mehrəliyev Türkiyə şou-biznesinə qatılır. Məlumata görə, aktyor “Zarafat-zarafat” verilişində bildirib ki, qardaş ölkədən yeni təkliflər alıb: “Bundan əvvəl dedim ki, Məhməd Əli Ərbilin verilişini aparacam. Onun yayımı dayandırılıb. Yeni televiziya mövsümündən başlayacaqlar. İndi isə başqa bir verilişə başlayacağıq. Eyni zamanda Türkiyədə filmə çəkiləcəm. Martda çəkilişlərə başlayacağıq”.
Qohumu: "Zərnigar Ağakişiyeva özünə qapanmışdı"
"Müraciət etdik, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları gəldi, pəncərəni sındırıb evə girdilər. Biz içəri girəndə Zərnigar xanım artıq keçinmişdi". Bunu bu gün vəfat etmiş xalq artisti Zərnigar Ağakişiyevanın əmisi qızı Ərkinaz Vəliyeva deyib.
Aşıq İsfəndiyar vəfat edib
Aşıq İsfəndiyar Rüstəmov vəfat edib. Bu barədə aşığın nəvəsi Rüstəm Rüstəmov məlumat verib. O, bildirib ki, aşıq İsfəndiyar uzun sürən xəstəlikdən sonra bu gün 81 yaşında dünyasını dəyişib. Mərhum sabah Gədəbəydə dəfn olunacaq.
Naz Mila milyonların gözü önündə bu qədər pulu yandırdı - ŞOK VİDEO
Evlilik proqramından sonra məşhurlaşan Naz Mila yeni bir videosu ilə qalmaqala səbəb olub. Gecə klubunda pulları dostları ilə yandıraraq əylənən sosial media siması içki ilə bu “şənlikləri”nə davam ediblər.
Könül Kərimova dekolteli geyimdə verilişə gəldi - Məlum oldu ki...
Bu gün "10-dan sonra" verilişinin qonağı olan Könül Kərimova geyimi ilə diqqət mərkəzinə düşüb. Əməkdar artistin dekolteli uzun əlbisəsi aparıcının da marağına səbəb olub. Yusif Ağayev xanım müğənniyə "Çox şux görünürsən" deyib.














