Mədəniyyət
Səbinə: Kamran kəfəndə qəbirdən çıxmaq istəyirdi
Müğənni Səbinə Əskərovanın dünən rəhmətə gedən İTV-nin aparıcısı Kamran İsrafilovla bağlı paylaşımı hər kəsin diqqətini çəkib. O, “Instagram” hesabında müəmmalı olay yaşadığını deyib: “Çox qəribədir ki, mən onu dünən yuxumda görmüşəm. Kəfəndə qəbirdən çabalayıb çıxmaq istəyirdi. Yuxudan ayılıb öz-özümə dedim ki, həyatımda iki dəfə gördüyüm insan mənim yuxuma niyə girsin ki? Özü də belə bir yuxu...
Arif Babayevin 80 illik yubileyi qeyd ediləcək
Aprelin 3-də Heydər Əliyev Sarayında görkəmli muğam ifaçısı, Xalq Artisti Arif Babayevin 80 illiyinə həsr edilmiş yubiley gecəsi keçiriləcək. Sarayın mətbuat xidmətindən bildirilib ki, yubiley gecəsində, muğam sənətinin inkişafında, milli musiqimizin təbliğində böyük rolu və töhfələri olan sənətkarın və tanınmış xanəndələrin ifasında xalq mahnıları, təsniflər və muğamlar səsləndiriləcək.
Teatr kollektivi Hindistan səfirliyində
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının rəhbərliyi Hindistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Sanjay Rana ilə görüşüb. Səfir kollektivi görməkdən şad olduğunu bildirib və Hindistanla Azərbaycanın diplomatik və mədəniyyət sahəsində əməkdaşlığı , iki ölkə arasındakı əlaqələrin inkişafı haqqında məlumat verib. Olaylar.az bildirir ki, Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının direktoru, Əməkdar artist Mübariz Həmidov görüş zamanı diqqətə çatdırıb ki, teatrın kollektivi 2018-ci il 17 fevral tarixindən 8 aprel tarixinədək Hindistanda keçiriləcək VIII Beynəlxalq Teatr Olimpiadasında iştirak etmək üçün dəvət alıb. Bu məqsədlə teatrın yaradıcı kollektivi mart ayının 2-dən 8-dək Hindistana səfər edəcək.
Elza İbrahimovanın xatirəsi anılacaq
Fevralın 16-da Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Xalq Artisti Elza İbrahimovanın anadan olmasının 80 illiyinə həsr edilmiş tədbir keçiriləcək. Muzeydən Olaylar.az - a bildirilib ki, həzin nəğmələr müəllifinin yubiley mərasimində bəstəkarın həyat və yaradıcılığından söhbət açılacaq, ömrünü əks etdirən videogörüntü nümayiş olunacaq.
Cəfər Cabbarlının qızı vəfat etdi
Cəfər Cabbarlının qızı Gülarə Cabbarlı rəhmətə gedib. Bu barədə onun nəvəsi Orxan Bağırov xəbər verib. 88 yaşlı Gülarə Cabbarlı ürək çatışmazlığından vəfat edib. O, sabah dəfn ediləcək.
Azərbaycanlı aktrisa Antonio Banderasla EYNİ FİLMDƏ
Nəsrin Cavadzadə dünya şöhrtəli aktyor Antonio Banderasla filmdə tərəf müqabili ola bilər. Azərbaycanlı aktrisanın Hollivud və İspaniyanın ortaq istehsalı olan filmdə baş rola çəkilmək şansı var. Nəsrin Cavadzadə prodüserliyini Ped ro Almadovarun etdiyi “El Desentierro” filmində baş rolu oynamaq üçün kastinqlərə qatılıb.
Samirlə Nura arasında DAVA: "Ərki evdə dədən üçün elə"
Aktyor “Dram artistləri oxuyur” layihəsində
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, Kalmıkiya Respublikasının Əməkdar artisti İlham Əsədov Kalmıkiya Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Kalmık Milli Dram Teatrının həyata keçirdiyi “Dram artistləri oxuyur” adlı yeni teatr layihəsində iştirak etmək üçün Elista şəhərinə yola düşüb. Kalmık xalqının milli bayramı olan “Çaqan Sar” münasibətilə təşkil ediləcək konsert proqramında aktyorun ifasında yalnız kalmık və azərbaycan dilində mahnılar səslənəcəkdir.
“Zaur insanlarla məzələnir, o, əxlaqsızlığın birinci nümunəsidir”
“Xəzər” televiziyasında prodüser Sultan Mustafayevə qadağa qoyulub. Bu haqda prodüser məlumat verib: “Röya söhbətindən sonra “Xəzər” televiziyası mənə qadağa qoyub. Çünki onların musiqili departamentinin rəhbəri Kənan Bayramov Röyanın dostudur.
Atasının ölümü əkizlərlə Damlanı barışdırdı?
Xəbər verdiyimiz kimi tanınmış ifaçı Damlanın atası bu gün axşam saatlarında dünyasını dəyişib. Damlaya ilk başsağlığı küsülü olduqları Sevil Sevinc bacılarından gəlib. Belə ki, bacılar öz şəxsi hesablarında Damlanın acısını daha çox onların anladıqlarını və ona səbr dilədiklərini bildiriblər:
Tolik Təranə Qumralın gecə göndərdiyi FOTOlarını efirdə göstərdi
Bu gün "Hər şey daxil" verilişində müğənni Təranə Qumral telefon vasitəsi ilə efirə qoşulub. Aparıcı Tolik xanım ifaçının gecə saatlarında ona wathsapp-da fotolarını göndəridyini deyib. O, verilişin redaktorundan həmin fotoların efirə verilməsini istəyib.
Teatrda Zərnigar Ağakişiyevanın xatirəsinə həsr olunan mərasim
Akademik Milli Dram Teatrında xalq artisti, görkəmli teatr və kino aktyoru Zərnigar Ağakişiyevanın üç mərasimi keçirilib. Mərasimdə Akademik Milli Dram Teatrının rəhbərliyi və kollektivi, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, xalq artisti Şəfiqə Məmmədova, xalq artisti Arif Quliyev və başqaları iştirak edib. Olaylar.az bildirir ki, teatrının bədii rəhbər-direktoru, xalq artisti Azər Paşa Nemətov Zərnigar Ağakişiyevanın Azərbaycan teatrının və kinosunun inkişafındakı xidmətlərindən danışıb.
Lalə Məmmədova Muğam Mərkəzində çıxış edəcək
Fevralın 23-də Beynəlxalq Muğam Mərkəzində “Nəğməkar qız” adlı konsert proqramı təşkil olunacaq. Muğam Mərkəzinin və “Mədəniyyət” kanalının birgə layihəsi olan konsertdə Əməkdar Artist Lalə Məmmədova çıxış edəcək.
Erməni müğənni Zeynəb Xanlarovanın mahnısını oğurladı
Həmişə Azərbaycan xalq mahnıları ilə gündəmə gələn erməni müğənnisi Hayko Spitaklı bu dəfə də öz əməlindən əl çəkməyib. Məlumata görə, bu barədə xəbər verən BDU-nun Erməni araşdırmaları Elmi-Tədqiqat və Tədris Mərkəzinin rəhbəri İsmayıl Tanrıverdi bildirib ki, erməni müğənni bu günlərdə o sosial şəbəkədə “Yeni erməni xiti” başlığı ilə “Qarun, qarun” mahnısını təqdim edib.














