Mədəniyyət

MTRŞ iki televiziyaya yayım hüququ verib

16 May 2018 16:19

Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib.

Uşaqlar üçün yeni kitab – “Əngəlsiz arzular”

16 May 2018 16:09

İnsanların öz arzularının və istəklərinin arxasınca getməsi onu uğura apara bilən ən gözəl yoldur. Heç bir maneə və çətinliklərə baxmayaraq məqsədə çatmaq insanı ucaldır. Xüsusilə də, belə xüsusiyyətlərin uşaqlıqdan aşılanması böyüməkdə olan bir fərdin gələcəkdə çətinliklərə sinə gərməsini daha da asanlaşdıra bilər… Müasir dövrdə əsas problemlərdən biri fiziki imkanları məhdud şəxslərin cəmiyyətə adaptasiyası, eyni zamanda cəmiyyətin onlara qarşı həssaslığıdır.

Səfirliyin və Yunis Əmrə İnstitutunun Cümhuriyyətlə bağlı birgə layihəsi

16 May 2018 16:04

Azərbaycan Xalq Cümhuriyyətinin və Qafqaz İslam Ordusunun yaranmasının 100-cü ildönümü münasibətilə Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi və Bakı Yunus Əmrə İnstitutu tərəfindən 24 may – 6 iyun tarixlərində arasında Azərbaycan İstiqlaliyyət Muzeyində “Azərbaycan Xalq Cümhuriyyəti və Qafqaz İslam Ordusunun Yaranmasının 100-cü ildönümü” mövzusunda foto sərgi keçiriləcək.

Operada PREMYERA

16 May 2018 16:04

 İyunun 3-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Azərbaycanın Əməkdar incəsənət xadimi, Azərbaycan Bəstəkarlar İttifaqının katibi, bəstəkar Sərdar Fərəcovun "Cavad xan" baletinin premyerası keçiriləcəkdir. Olaylar.az bildirir ki, yeni tamaşa Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyinə həsr olunmuşdur. Balet tamaşası XVIII əsrdə Azərbaycanda baş verən tarixi hadisələrdən bəhs edir. Gəncə əhalisinin başda böyük sərkərdə Cavad xan olmaqla yadelli işğalçılara qarşı qəhrəmancasına mübarizəsi baletin əsas süjet xəttini təşkil edir.

Tələbələr film  tərcümə etdilər – Koreya Kino Günü

16 May 2018 16:01

Azərbaycan Dillər Universitetinin Koreya Mədəniyyət Mərkəzinin təşkilatçılığı, Koreya Fondu və Koreya Respublikasının Azərbaycandakı Səfirliyinin təşkilatı dəstəyi ilə Park Bulvarda Koreya Kino Günü keçirilib. Olaylar.az bildirir ki, tədbirdə Koreya Respublikasının Azərbaycandakı konsulu Ceon Cun Seok, SEBA(Seul-Bakı) Azərbaycan-Koreya mədəniyyət mübadiləsi Assosiasiyasının sədr müavini İrina Zeynalova, şöbə müdiri İradə Nəcəfova, eyni zamanda ADU-nun Beynəlxalq Əlaqələr Departamentinin müdiri Nigar Sultanova, rektor məsləhətçisi Anar Osmanlı, Tərcümə və mədəniyyətşünaslıq fakültəsinin dekanı Bənövşə Məmmədova iştirak edib.

Məşhurlar Kitab Bayramında

16 May 2018 14:38

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin və Yasamal rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Hüseyn Cavid parkında ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi və Azərbaycan Xalq Cumhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş Kitab bayramı keçirilib.

Aparıcı Zauru hədələdilər - VİDEO

16 May 2018 13:56

Mayın 13-ü qəbul imtahanından çıxandan sonra özünü yaşadığı binanın 4-cü mərtəbəsindən ataraq intihar edən 17 yaşlı Pənah Quliyevlə bağlı ATV-nin “Bizimləsən” verilişində aparılan müzakirələr mərhumun ailəsi tərəfindən narazılıqla qarşılanıb.

I Etüd Müsabiqəsinin qala konserti keçirildi

16 May 2018 13:46

Beynəlxalq Muğam Mərkəzində "Sürət və cürət" adlı I Etüd Müsabiqəsinin qala konserti keçirilib.

AXC-nin 100 illiyinə həsr olunmuş kitablar toplandı

16 May 2018 13:41

AMEA Mərkəzi Elmi Kitabxanasına AMEA Şərqşünaslıq İnstitutunun əməkdaşı, İranın tarixi və iqtisadiyyatı şöbəsinin aparıcı elmi işçisi, professor Solmaz Rüstəmova-Tohidinin "Aлимардан бек Tопчибашев Aрмянский фактор в Бакинский событиях 1905-1906 и 1918гг.", "Aзербайджанские погромы в Шемахе 1918 год" və "Əlimərdan bəy Topçubaşov. İstanbulda diplomatik görüşlər (1918-1919-cu illər)" adlı kitabları daxil olub.

“Azərbaycan” adlı tematik markalar albom-kitabı

16 May 2018 12:59

AMEA Mərkəzi Elmi Kitabxanasına Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında “Azərmarka” şirkəti tərəfindən “Azərbaycan” adlı tematik markalar albom-kitabı hədiyyə edilib.

Diva həmkarını məhkəməyə verir

16 May 2018 11:37

Bülənt Ərsoy həmkarını məhkəməyə verib.

"Təəssüf ki, Günayı indiyədək döyməmişəm" - Nuriyyə Əhmədova

16 May 2018 10:44

Bir neçə gündür ki, mediada müğənni Günay İbrahimlinin Daxili İşlər Nazirliyinin Baş mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) çağırılması barədə məlumat yayılıb. Bildirilir ki, müğənni keçmiş xanım sponsoru Nuriyyə Əhmədovanın külli miqdarda pulunu mənimsəməkdə ittiham olunur. Günayın iş xanımına 225 min manat borclu olduğu iddia edilib.