Şuşada mədəni müxtəliflik üzrə beynəlxalq konfrans öz işinə başlayıb
10:27 MədəniyyətŞuşada "Mədəni və etnik müxtəliflik: tarixin dərsləri, müasir çağırışlar" mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb.Trend-in tədbirdə iştirak edən müxbirinin verdiyi məlumata görə, konfransda 10 ölkədən nümayəndələr iştirak edirlər.Konfrans "Mədəni və Etnik Müxtəliflik Mərkəzi" İctimai Birliyi tərəfindən "İpək Yolu" Mədəni-Tarixi Araşdırmalar İctimai Birliyi ilə tərəfdaşlıq çərçivəsində təşkil olunub.Konfransda Azərbaycan, ABŞ, Fransa, Litva, Polşa, Çexiya, Almaniya, İsrail, Türkiyə və Gürcüstandan nümayəndələr iştirak edirlər.
Xəbər yenilənəcək
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31