Yunus Oğuzun "Attila" pyesi Qırğızıstanda tamaşaya qoyulur- ÖZƏL
3 İyul 2023 10:56 MədəniyyətYazıçı-publisist, tarixi romanlar müəllifi Yunus Oğuzun "Attila" pyesi Qırğızıstanın Oş şəhərində Babul Dram Teatrında səhnəyə qoyulur.
Olaylar.az xəbər verir ki, artıq tamaşanın məşqləri başlayıb.
Qeyd edək ki, "Attila" pyesində 434-453-cü illərdə dünyaya meydan oxuyan Hun imperatorluğunun hökmdarı, Asiyada Volqa çayından, Avropada Reyn çayınadək böyük bir ərazidə xalqları özünə tabe etdirməyi bacarmış böyük dövlət adamı Attiladan bəhs edilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31