Zeynəb Xanlarova illər sonra - FOTO + VİDEO

Xalq artisti Zeynəb Xanlarova illər sonra oxudu - AzTV-nin bayram konserti çəkilişindən kadrarxası GÖRÜNTÜLƏR

Azərbaycan Televiziyası (AzTV) hər il olduğu kimi, bu il də tamaşaçılarının qarşısına maraqlı bayram konserti ilə çıxacaq.

Olaylar.az xəbər verir ki, AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, artıq Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı konsertinin çəkilişlərinə başlanılıb.

Bu ilki bayram konserti daha bir özəlliyi ilə diqqət çəkəcək. Belə ki, bayram konsertində tamaşaçılar illər sonra ilk dəfə Azərbaycanın Xalq artisti, korifey sənətkarımız Zeynəb Xanlarovanın ifasını dinləyəcəklər.

Korifey sənətkarımızın bayram çəkilişindən kadrarxası görüntülərini təqdim edirik: 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31