Əkrəm Məmmədliyə həsr olunmuş musiqili gecə - FOTO

AMEA Folklor İnstitutu və Beynəlxalq Muğam Mərkəzinin birgə təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasının əməkdar mədəniyyət işçisi, ustad tarzən, folklorşünas, musiqişünas, prezident təqaüdçüsü Əkrəm Məmmədliyə həsr olunmuş musiqili gecə keçiriləcək.

Olaylar.az xəbər verir ki, musiqili gecə 25 noyabr saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində baş tutacaq.

Musiqili gecədə Qorqud folklor ansamblı və bədii rəhbəri, əməkdar artist Nuriyyə Hüseynova, xalq artisti İlqar Muradov, əməkdar artist Cahangir Qurbanov və Sevinc Sarıyeva, xanəndələr Sərxan Bünyadzadə, Çilənay Hüseynova və Ülviyyə Sədaqət çıxış edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31