Beynəlxalq Muğam Mərkəzində Əhməd Cavad günü - FOTO

AMEA Folklor İnstitutunun Qorqud folklor ansamblının və Beynəlxalq Muğam Mərkəzinin birgə təşkilatçılığı ilə milli istiqlal şairi Əhməd Cavadın 130 illiyinə həsr olunmuş konsert proqramı keçiriləcək.

Olaylar.az xəbər verir ki, konsert proqramı 29 noyabr saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində baş tutacaq.

Konsertdə bir sıra sənət adamları, o cümlədən əməkdar artist, AMEA Folklor İnstitutunun Qorqud folklor ansamblının bədii rəhbəri Nuriyyə Hüseynova, Mehman Mikayılov, Həlimat Sultan, Ceyhun Muradov, Çilənay Hüseynova, Cahangir Mikayılov, Ülviyyə Sədaqət və Sultan Əliyev iştirak edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31