Yunus Oğuzun əsərləri “Türk ədəbiyyatının inciləri”-nə daxil edilib- ÖZƏL

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin göstərişi ilə Türk dövlətlərinin şair və yazıçılarının əsərləri Özbək dilinə tərcümə olunmuş "Türk ədəbiyyatının inciləri" adlı 100 cildlik kitablar seriyası Daşkənddə "Özbəkistan" nəşriyyatında çap edilib.

Olaylar.az xəbər veriri ki, bu barədə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən məlumat verilib.

Özbəkistan Yazıçılar Birliyi və Elmlər Akademiyası tərəfindən hazırlanmış "Türk ədəbiyyatı inciləri" əsərlər toplusunda yazıçı-publisist Yunus Oğuzun da əsərləri yer alıb.

Qeyd edək ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev "Türk ədəbiyyatının inciləri" adlı 100 cildlik kitablar seriyasının hazırlanması və nəşri qardaş ölkənin Türk mədəniyyəti, ədəbiyyatına böyük töhfəsi sayılır və cəmiyyət arasında böyük rezonans yaratmışdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31