Yazıçı-publisist Yunus Oğuzla görüş keçirilib

İyunun 10-da 200 saylı Məktəb Lisey Kompleks şagirdlərinin  yazıçı-publisist-dramaturq  Yunus Oğuzla görüşü keçirilib. 

Görüşü  Məktəb Lisey Kompleksin Azərbaycan dili və Ədəbiyyat müəllimi Zümrüd İsmayılova giriş sözü ilə açıb. O,  Yunus Oğuza dəvəti qəbul edib gəldiyi üçün təşəkkür edib.

Daha sonra  Məktəb Lisey Kompleksin direktoru Esmira Quliyeva yazıçıya təşəkkürlərini və  məktəbdə olmağı üçün qürur duyduğunu bildirib.

Görüşdə   şagirdlər  yazıçı Yunus Oğuzun tarixi  romanlarını şərh ediblər və səhnəciklər  göstəriblər.

Yazıçı Yunus Oğuz məktəb kollektivinə və şagirdlərə təşəkkürlərini bildirib. 

Tədbirin sonunda tədbir iştrakçılarına yazıçının imzalı kitabları hədiyyə edilib və xatirə şəkili çəkilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31