Birini işdən çıxardılar, o birisinin verilişini bağladılar
AzTV-nin yeni mövsüm efirə gedəcək verilişlərində aparıcı dəyişikliyi olub
31 Avqust 2021 06:19 MədəniyyətAzTV-nin yeni mövsüm efirə gedəcək verilişlərində aparıcı dəyişikliyi olub.
Axşam.az xəbər verir ki, müğənni Mehin Hümbətova aparıcılığını etdiyi "1AzTV" layihəsindən uzaqlaşdırılıb.
Əvvəlcə proqramın artıq yeni mövsümdə efirə getməyəcəyi bildirilib. Daha sonra isə verilişin yenidən yayımlanmasına qərar verilib. Bu dəfə isə aparıcı kimi Şəhriyar Əbilov gətirilib.
Şəhriyarın Aida Cəbiyeva ilə birlikdə apardığı "Evimiz" layihəsi də dayandırılıb. Aida bundan sonra sözügedən kanalda səhər verilişi aparacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31