Onun böyük ürəyi... Aysel Oğuz yazır

Aysel Oğuz

Hər şeyi olduğu kimi yazıram...

2020-ci ilin iyul ayının 21 idi. Axşam tərəfi olardı.Evə qəfil bir zəng gəldi.Telefonu götürdüm.Dəstəyin o biri tərəfindən çox mehriban,yumşaq, bir qədər də kövrək bir səs mənə qayıtdı:

-Salam, qızım...
-Salam...
-Yunus müəllimgildəndi?
-Bəli.
-Eşitdim sabah 60 illik yubiliyedir.Mən də əl telefonunun nömrəsi yoxdur,bir-iki nəfərdən soraqlaşdım, mənə ev nömrəsini verdilər.Özüylə danışa bilərəm?
-Evdə yoxdur,amma narahat olmayın indi deyəcəm, özü sizinlə əlaqə saxlayacaq.
-Sən Yunus müəllimin nəyisən?
-Qızı.
-Məni tanıdın? Bildin mən kiməm?
-Əlbəttə.Böyük şairimizsiz.
-Ay sənə qurban olum!
-Əstağfurullah...
Elə bu sözü dedim, sağollaşdıq.

İnanmarsız Nəriman müəllimlə bir dəqiqə danışdıq, ya danışmadıq.Sanki bu insanı illərlə tanıyırmışam kimi hiss elətdirdi mənə.Sanki, bu həlim səslə danışan adam mənim uşaqlıq xatirələrimi bir-bir vərəqləyib,o yumşaq simə toxunmağı bacarmışdı.
Nəriman müəllimlə danışarkən, onun evində,divarlarına belə çökmüş qəribə bir səssizlik var idi. O qəribə süküt hələ də qulağımdan getmir.Sonralar düşündüm ki, yəqin bütün böyük şairlərin, böyük adamların evləri o zamanlar da belə süküt içində olub  deyib,öz aləmimdə özümə bu cür izah verdim.

Lakin Nəriman müəllim o qədər təvazökar, sadə insandır ki, özü deyir ki, məktəb illərində soyadım Həsənov idi.Şeir yazmağa başlayandan sonra Həsənovun yanına "zadə" də əlavə edib oldum Həsənzadə.O vaxtı elə bilirdim ki, güya "zadə" olanda adam böyük şair olur,böyük adam olur.Deyir uşaq iddiasıydı.
Əgər,bir dahi şair bəlli bir yaşa çatıb,bu illər ərzində saysız şeirlər yazıb və onun şeirlərindən ilhamlanaraq mahnılar bəstələnirsə,saysız məqalələr yazılırsa,müxtəlif titullar,adlar verilirsə,bununla belə hələ də özünü böyük adam,böyük şair hesab etmirsə...Onun böyük ürəyi var! O,özünü böyük şair, böyük adam hesab etməyə-etməyə böyük şair,böyük ADAM oldu özündən xəbərsiz.Dövrümüzdə belə insanlar o qədər azdır ki...
Toxunmaq istədiyim bir nüans da var. O da Nəriman müəllimin atama göstərdiyi jesti və diqqəti idi. Heç nəyə baxmayaraq,90 yaşında belə şair insanlara diqqət göstərməyi unutmur.Şairin atama göstərdiyi diqqət məni çox təsirləndirdi.
Yanvar ayı idi. Atama dedim, ki Nəriman Həsənzadənin ad günü yaxınlaşır.Həm təbrik yazısı vermək,həm də mütləq zəng etmək lazımdı.Atam elə çox keçməmiş şairi yığdı. Dedi, Nəriman müəllim, qızım deyir ki, şairin ad günü yaxınlaşır,özü mənə indidən xatırlatma edir.Nəriman müəllim bunu eşitcək çox kövrəldi.Səsi getdi...Atam nə qədər onu danışdırmağa çalışsa da,alınmadı...danışa bilmədi...Görünür bu dəfə də mən şairin sarı siminə toxunmuşdum...Bəlkə də şairin bu qədər kövrək olmağa, elə həmin süküta qərq olmuş evdir,divarlardır? Kim bilir?

Fevralın 18-ni aylardı ki, səbirsizliklə gözləyirəm...Nədənsə çox sadə,olduğu kimi,səmimi bir təbrik yazısını yazmaq istədim Nəriman müəllimə.Özünü tərifləməyi belə sevməyən şairə tərif dolu,pafoslu yazı nə gərəkdir dedim iöz-özümə Yazıda sadəcə onu olduğu kimi, insanlığını,böyük ürəyini,bir çoxlarının tanımadığı tərəfini göstərmək istədim oxuculara...Nə qədər alındırdım bilmirəm.Amma istəməzdim, Nəriman müəllim bu yazını oxuyarkən onun ikinci dəfə kövrəldim...Özünün dediyi kimi - De nədir səadət həyatda, gülüm,
bir könül xoşluğu, bir az təbəssüm.

Nə yaxşı ki, sizinlə danışdıq o gün,
Könlünüzü sadəcə xoş etmək istədim bu gün,
Siz çox yaşayın şair, daima gülün!
Üzünüzdən əksik olmasın heç bir zaman o təbəssüm!

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31