“Dərsimiz Sağlamlıq” proqramı çərçivəsində maarifləndirici görüş keçirilib- ÖZƏL

Yardımlı Rayon Mərkəzi Xəstəxanası PHŞ tərəfindən Bozayran kənd tam orta məktəbində məktəblilər üçün "Dərsimiz Sağlamlıq" proqramı çərçivəsində maarifləndirici tədbir təşkil olunub. "Olaylar" xəbər verir ki, görüş zamanı şagirdlərə sağlam qidalanma və rəqəmsal gigiyena mövzularında ətraflı məlumat verilib.
 Sağlam qidalanma mövzusunda düzgün qida rejimi, faydalı qidaların seçilməsi və gündəlik su qəbulunun əhəmiyyəti diqqətə çatdırılıb. Rəqəmsal gigiyena hissəsində isə telefon və planşetdən düzgün istifadə qaydaları, ekran vaxtının məhdudlaşdırılması, şəxsi məlumatların qorunması və düzgün oturuş vərdişləri barədə məlumat verilib.
 Tədbirin əsas məqsədi şagirdlər arasında sağlam həyat tərzinin təbliği, onların fiziki və psixoloji sağlamlığının qorunmasına dəstək olmaqdır.
 Sonda şagirdlərin sualları cavablandırılıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31