Görkəmli rejissor Həsən Seyidbəyliniin 100 illiyinə həsr olunmuş kitab nəşr olunub

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyovun təşəbbüsü ilə Həsən Seyidbəyliniin 100 illiyinə həsr olunmuş kitab nəşr olunub.

Olaylar.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə bu il görkəmli yazıçı, ssenarist, rejissor və kino təşkilatçısı Həsən Seyidbəylinin anadan olmasının 100 illik yubileyi təntənəylə qeyd olunur.

Müəllif tərəfindən "Həsən Seyidbəyli. Şəxsiyyət və Yaradıcı" adlandırılan kitabda görkəmli sənətkarın son 50 ildə filmlərinə yazılmış resenziyalar, yaradıcılığını əhatə edən, çoxcəhətli fəaliyyətinə həsr olunmuş məqalələr, çəkiliş məqamlarının kadrarxası və onun şəxsiyyətini xarakterizə edən müsahibələr yer alıb.

Kitabda Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyovun, Azərbaycan Kinematoqrafçlar İttifaqının katibi Anarın, kinoşünas Aydın Kazımzadənin, Mehdi Mükərrəmoğlunun, eləcə də bir çox kino yazarlarının rejissor haqqında olan, onun yaradıcılığından bəhs edən məqalələr yer alıb.

"Həsən Seyidbəyli. Şəxsiyyət və Yaradıcı" adlandırılan toplunun tərtibçisi Nəriman Əbdülrəhmanlı, redaktoru Sevda Sultanova, nəşrə məsul Əli İsa Cabbarovdur.

Qeyd edək ki, toplu Azərbaycan Kinematoqrafçılar İttifaqının "Kino sənətkarlarımız" seriyasından ilk nəşridir.

Gülər Seymurqızı

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31