“Muğam axşamları” layihəsi davam edir
“Muğam axşamları” layihəsi davam edir
22 Yanvar 2020 14:29 MədəniyyətYanvarın 25-də Beynəlxalq Muğam Mərkəzinin sevilən və tamaşaçılar tərəfindən böyük maraqla gözlənilən "Muğam axşamları" layihəsinin növbəti konserti təqdim ediləcək.
Olaylar.az bildirir ki, həmin gün sevilən xanəndələr Kamilə Nəbiyeva, Mirələm Mirələmov və Nisbət Sədrayeva "Çahargah" muğamını təqdim edəcəklər.
Qeyd edək ki, Beynəlxalq Muğam Mərkəzi Azərbaycan milli musiqisinin təbliğinə həsr olunmuş bir neçə layihə həyata keçirir ki, onlardan biri də "Muğam axşamları" layihəsidir. Bu layihə çərçivəsində tanınmış ifaçılar tərəfindən muğamlar, xalq mahnıları və təsniflər səsləndirilib. Muğam sənətimizin fəlsəfəsini gələcək nəsillərə çatdırmaq məqsədilə reallaşan layihəyə tamaşaçılar böyük maraq göstərməkdədir . Artıq 3-cü mərhələsi təqdim edilən konsertlərdə bu günə kimi görkəmli xanəndələrimizin ifasında 7 əsas muğamlarımız təqdim edilib.
Layihənin il boyu davam edəcək konsertlərində də "Bayatı-Şiraz", "Humayun", "Şüştər", "Şahnaz", "Orta Mahur", "Arazbari", "Osmanlı", "Heydəri", "Bayatı Qacar", "Mahur hindi", "Qarabağ şikəstəsi", "Xaric segah", "Heyratı", "Mirzəhüseyn segahı", "Kəsmə şikəstə", "Bayatı Kürd", "Ovşarı", "Dəşti", "Qatar", "Rahab" və "Şirvan şikəstəsi" muğamları təqdim olunacaq.