Tanınmış caz müğənnisi Sibel Koşe Bakıda konsert proqramı ilə çıxış edib

Tanınmış caz müğənnisi Sibel Koşe Bakıda konsert proqramı ilə çıxış edib

Beynəlxalq Muğam Mərkəzində Türkiyənin tanınmış caz müğənnisi Sibel Koşe konsert proqramı ilə çıxış edib. Olaylar.az bildirir ki, konsertdən öncə ifaçı  Bakı ilə bağlı təəssüratlarını bölüşüb: "İlk dəfədir Bakıdayam. Şəhəriniz çox gözəldir. Azərbaycanlılar musiqiyə, mədəniyyətə dəyər verən insanlardır, bunun üçün də burada olduğumdan çox məmnunam."

Sibel Köşe Azərbaycanın caz musiqisi və caz ifaçıları haqqında məlumatlı olduğunu vurğulayaraq bildirib ki,  ifaçı Vaqif Mustafazə yaradıcılığına hörmət edir.
Türkiyənin caz divası sayılan Sibel Köse konsert zamanı dünya caz standartları sayılan "My secret love", "Petite fleur", "Autmn leaves", "Flor de lis" və digər kompozisiyalar səsləndirib.
Qeyd edək ki, Beynəlxalq Muğam Mərkəzi çoxsaylı musiqi layihələri həyata keçirir. Bu sıradan muğam-caz, etno-caz layihələri də tamaşaçı rəğbəti qazanaraq diqqət çəkir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31