Pirallahıda “Bayatı Şiraz”, “Mahur”, “Şur” muğamları səsləndi
Pirallahıda “Bayatı Şiraz”, “Mahur”, “Şur” muğamları səsləndi
5 Dekabr 2019 15:42 MədəniyyətBeynəlxalq Muğam Mərkəzi və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Pirallahıda yerləşən Vaqif Mustafazadə adına Mədəniyyət Mərkəzində "Muğam dünyasına səyahət" layihəsinin növbəti konsert proqramı keçirildi.
Olaylar.az bildirir ki, konsert proqramında Muğam Televiziya Müsabiqəsinin laureatları, gənc xanəndələr Elgiz Əliyev, Könül Xəlilzadə, Məhəbbət Səfərovun "Bayatı Şiraz", "Mahur", "Şur" muğamlarından şöbələr və xalq mahnıları ilə çıxışları sakinlər tərəfindən böyük maraq və alqışlarla qarşılandı.
Tədbirin sonunda Mədəniyyət Mərkəzinin bədii hissə müdiri Esmira Aslanova çıxış edərək konsertin təşkilatçılarına təşəkkürünü bildirdi.
Qeyd edək ki, bu ilin iyul ayından start götürən "Muğam dünyasına səyahət" layihəsi ilin sonuna kimi davam edəcək. Əsas məqsəd milli mədəni irs nümunəmiz və orijinal musiqi mədəniyyətimiz olan Azərbaycan muğamlarını təbliğ etmək, muğamın fəlsəfi dünyasından bəhrələnmək və tamaşaçıların asudə vaxtını məqsədyönlü təşkilidir.

