Muğam Mərkəzində “I am jazman” müsabiqəsinin qaliblərinin konserti keçirildi
Muğam Mərkəzində “I am jazman” müsabiqəsinin qaliblərinin konserti keçirildi
24 Oktyabr 2019 14:30 MədəniyyətBeynəlxalq Muğam Mərkəzində "Bakı Jazz" Beynəxlalq Caz festifalı çərçivəsində keçirilən gənc ifaçıların "I am Jazzman!" müsabiqəsinin iştirakçılarının qala-konserti və qaliblərinin mükafatlandırılması keçirildi.
Olaylar.az bildirir ki, konsertdə gənc ifaçılar vokal imkanlarını nümayiş etdirdilər. Rusiya, Ukrayna və Azərbaycanın gənc vokal ifaçıları birlikdə çıxış edərək, dünyaca məhşur caz ustalarının əsərlərini və milli caz kompazisiyalarını səsləndirdilər.
Konsertdə vokal ifalarla yanaşı skripka,piano, gitara və.b. musiqi alətlərində instrumental caz improvizələr də təqdim edildi.
Sonda gənc caz ifaçılar festivalın direktoru Leyla Əfəndiyeva və münsiflər heyətinin sədri Rauf Əliyev tərəfindən diplom və hədiyyələrlə təltif olundular.

