"Payız gəldi" mahnısı necə yarandı? İlk ifaçısı kim olub?

"Payız gəldi" mahnısı necə yarandı? İlk ifaçısı kim olub?

1981-ci ildə rejissor Rasim Ocaqov "Bağlı qapı" filmini lentə alır. Filmdəki musiqiləri bəstələmək Emin Sabitoğluna tapşırılır. "Bağlı qapı"da səsləndiriləcək mahnılardan biri də "Payız gəldi" mahnısı olur.

Olaylar.az  "Belə belə işlər"ə istinadən bildirir ki, Emin Sabitoğlu və Fikrət Qoca mahnı üzərində filmdən əvvəl çalışmağa başlasalar da, iş yarımçıq qalır. 1981-ci ildə mahnı üzərində yenidən işləməyə başlanır. Filmdə səslənəcək bu mahnını ilk dəfə oxumaq Hüseyn Həsənov (Hüseyn Bakılı) və Tofiq Ağayevə həvalə olunur.

Hüseyn Həsənov mahnının Azərbaycan dilində, Tofiq Ağayev isə rus dilində ifa edir. Mahnı orekstr deyil, akustik gitar müşayiəti ilə oxunur. Filmdən sonra Hüseyn Bakılı mahnını yenidən ifa edir və klip çəkdirir.

Klipdə hazırda Türkiyədə yaşayan model Nigar Talıbova iştirak edib.

1984-cü ildə Xədicə Abbasova mahnıya ikinci nəfəs verir. Mahnı qadın ifaçınınm ifasında da dinləyicilər tərəfindən çox sevilir.

Xədicə Abbasovadan sonra bir neçə müğənni də bu mahnıya müraciət edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31