Məşhur “Beryozka” Bakıda çıxış edəcək
Məşhur “Beryozka” Bakıda çıxış edəcək
29 Avqust 2019 10:43 MədəniyyətOktyabrın 11-də Heydər Əliyev Sarayında Rusiyanın Azərbaycanda Mədəniyyət Günləri çərçivəsində Nadejda Nadejdinoy adına dünyaca məşhur, əfsanəvi "Beryozka" Dövlət Akademik Xoreoqrafiya Ansamblının konserti olacaq.
Konsertdə "Beryozka" ansamblı tamaşaçılara fəaliyyətdə olduğu bütün illər ərzində ən unudulmaz rəqslərini təqdim edəcək. Tamaşaçılar "Beryozka" ansamblının ifasında Nadejda Nadejdinoy və Mira Koltsovanın bənzərsiz və heyranedici şedevrlərindən böyük zövq alacaqlar.
Ansamblın bədii rəhbəri SSRİ Xalq artisti Mira Koltsova, ansamblın baş dirijoru Rusiyanın Xalq artisti Leonid Smirnovdur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31