Azərbaycanlı müsiqiçi Britaniyada çıxış edəcək
Azərbaycanlı müsiqiçi Britaniyada çıxış edəcək
24 İyul 2019 12:02 MədəniyyətViolonçel ifaçısı Camal Əliyev iyulun 28-də Böyük Britaniyanın Birminhem şəhərində konsert proqramı ilə çıxış edəcək.
Olaylar.az bildirir ki, Camal Əliyev Birminhem Simfonik Orkestri ilə birlikdə çıxış edəcək. Orkestrə Maykl Siil dirijorluq edəcək. Camal Əliyev orkestrlə birlikdə D.Şostakoviçin "Violonçel üçün bir nömrəli konsert"ini səsləndirəcək.
Camal Əliyev Türkiyə, Böyük Britaniya, Fransa, İsveçrə, Çin və başqa ölkələrdə festivallarda iştirak edib, solo konsertlər verib. O, Azərbaycan tarixində ilk dəfə BBC radiosunda orkestrin müşayiəti ilə solo çıxış edib, "BBC Introducing Classical Artist" proqramının iştirakçısı olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31