Nərgiz Kərimova Azərbaycanı təmsil edəcək
Azərbaycan Respublikasının Qırğız Respublikasındakı Səfirliyinin təşəbbüsü ilə aprelin 4- də Bişkek Milli Akademik Opera və Balet Teatrında görkəmli yazıçı Mir Cəlal Paşayevin 110 illiyinə həsr olunmuş yubiley gecəsi keçiriləcək.
28 Mart 2018 12:38 MədəniyyətAzərbaycan Respublikasının Qırğız Respublikasındakı Səfirliyinin təşəbbüsü ilə aprelin 4- də Bişkek Milli Akademik Opera və Balet Teatrında görkəmli yazıçı Mir Cəlal Paşayevin 110 illiyinə həsr olunmuş yubiley gecəsi keçiriləcək.
Olaylar.az bildirir ki, Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevin müvafiq əmrinə əsasən Bişkekdə ölkəmizi təmsil edəcək incəsənət ustalarının arasında Musiqili Teatrın solisti, beynəlxalq müsabiqələr laureatı, əməkdar artist Nərgiz Kərimova da var.
İstedadlı aktrisa indiyə qədər vokal sənətinin nümayiş olunduğu bir neçə beynəlxalq və respublika səviyyəli layihələrdə uğurla iştirak edib, festival və müsabiqələrin qalibi olub.