"Qıpçaq Rəqsləri" baletinin premyerası olacaq
Fevralın 18-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında rus bəstəkarı Aleksandr Borodinin "Qıpçaq rəqsləri" baletinin premyerası keçiriləcək.
8 Fevral 2017 19:20 MədəniyyətFevralın 18-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında rus bəstəkarı Aleksandr Borodinin "Qıpçaq rəqsləri" baletinin premyerası keçiriləcək.
Opera və Balet Teatrından "Olaylar" -a bildirilib ki, "Qıpçaq rəqsləri"nin musiqi materialı bəstəkarın "Knyaz İqor" operasının tərkib hissəsidi. A.Borodin bütünlükdə bu operanı 18 il ərzində yazmış və tam olaraq bitirə bilməmişdi. Qıpçaq rəqsləri hissəsini isə bəstəkar 1875-ci ilin yay fəslində Moskvada istirahət edərkən qələmə almışdır. Borodinin məktublarında qeyd olunurdu ki, həmin ilin payızında musiqi dərnəyində səhnəyə qoyulan tamaşa dostları arasında böyük uğur qazanmışdır.
Borodinin ölümündən sonra "Knyaz İqor" operasını onun musiqi materialları əsasında rus bəstəkarları Qlazunov tamamlayıb.
Qeyd edək ki, "Qıpçaq rəqsləri" baletini Azərbaycan səhnəsində Sankt-Peterburqun Mixaylovski Opera və Balet teatrının xoreoqrafı, Rusiyanın Əməkdar artisti Sergey Moxnaçovun quruluş verib. Tamaşanın quruluşçu rəssamı Azərbaycanın Xalq rəssamı Rafiz İsmayılov, dirijoru isə Xalq artisti, professor Yalçın Adıgözəlovdur.